12. Məna Hərfləri
Ərəbcədə bir sıra məna hərfləri var. Bu hərflər bəzən ismə, bəzən feilə və bəzən də həm ismə, həm də feilə daxil ola bilərlər. Məsələn, hərf-i cərrlər isimlərin əvvəlinə gəlir. Lem, lemma kimi cəhd edatları feilərin "yalnız muzari feil" əvvəlinə gəlir və ya sual şəkilçiləri, summe "sonra" kimi şəkilçilər də həm isimlərin, həm də feilərin əvvəlinə gələ bilər.
| 1. İsmə Daxil Olan Məna Hərfləri |
| Hərf-i Cərrlər |
| And Hərfləri |
| İstisna Hərfləri |
| Nida Hərfləri |
| İnne və Bənzərləri |
| Müfəcat Hərfi |
| Təfsilat Hərfləri |
| Tənbeh Hərfləri |
| Nəfy Hərfləri |
خَرَجْتُ مِنَ الْبَيْتِ
Evdən çıxdım
ذَهَبَتُ إِلَى الْبَيْتِ
Evə getdim
آمَنْتُ بِاللهِ
Allaha iman etdim
وَ اللهِ لَأَفَعَلَنَّ بِهَذَا
Allaha and olsun ki bunu edəcəyəm
تَاللهِ
Allaha and olsun
بِاللهِ
Allaha and olsun
جَاءَ زَيْدٌ إِلاَّ عَمْرًا
Zeyd gəldi, amma Amr gəlmədi
هَلَكَ النَّاسُ خَلاَ الْعَالِمِ
Alim istisna olmaqla insanlar həlak oldu
يَا رَبَّ الْعَالَمِينَ
Ey aləmlərin Rəbbi
أَيْ رَبِّي
Ey Rəbbim!
إِنَّ اللهَ عَالِمٌ بِكُلِّ شَيْئٍ
Şübhəsiz ki, Allah hər şeyi bilir
أُحِبُّ أَنَّ أُسْلِمَ بِاللهِ
Allaha təslim olmağımı sevirəm
إِذَا جَاءَ نَصْرُ اللهِ
Allahın köməyi gəldikdə
وَ أَمَّا الَّذِينَ آمَنُوا
İman gətirənlərə gəldikdə isə
إِمَّا أَسْلِمْ أَوْ أُهْرُبْ
Ya təslim ol, ya da qaç
أَلاَ إِنَّهُمْ هُمُ السُّفَهَاءُ
Diqqət edin, ağılsız olanlar onlardır
هَا هُوَ زَيْدٌ
Bax, o Zeyddir
لَيْتَ الشَّبَابَ يَعُودُ يَوْمًا
Kaş ki, gənclik bir gün geri dönəydi
إِنِ الْكَافِرُونَ إِلاَّ فِي غُرُورٍ
Kafirlər ancaq aldanış içindədirlər
وَ لاَتَ وَقْتَ مَنْدَمٍ
Vaxt peşmanlıq vaxtı deyil
| 2. Feilə Daxil olan Məna Hərfləri |
| Nəsb edənlər |
| Məzdər Hərfləri |
| Cəzm edənlər |
| Şərt Hərfləri |
| Təxsis Hərfləri |
| İstiqbal Hərfləri |
| Təvəkkül Hərfləri |
| Red Hərfləri |
| Nəfy Hərfləri |
أُرِيدُ أَنْ أَدْفَعَ
"Hesabı" ödəmək istəyirəm
لَنْ تَخْرُجَ مِنْ هُنَا
Buradan əsla çıxmayacaqsan
وَ أَنْ تَصُومُ خَيْرُ لَكُمْ
Oruc tutmağınız sizin üçün xeyirlidir
جِئْتُ كَيْ أَتَعَلَّمَ
Öyrənmək üçün gəldim
إِنْ تَعْمَلْ تَكْسِبْ
Əgər işləsən, qazanarsan
لَمْ يَخْرُجْ
Çıxmadı
لَوْ عَمَلْتَ لَكَسَبْتَ
Əgər işləsəydin, əlbəttə qazanardın
أَلاَ تُحِبُّونَ أَنْ يَغْفِرَ اللهُ لَكُمْ؟
Allahın sizi bağışlamasını istəmirsiniz?
هَلاَّ تَزُورُنَا
Gəlin bizi ziyarət edin "etsəniz yaxşı olar"
سَوْفَ تَعْلَمُونَ
Tezliklə biləcəksiniz
سَتَعْلَمُونَ
Çox yaxın zamanda biləcəksiniz
قَدْ يَعُودُ الْمُدِيرُ غَدًا
Bəlkə direktor sabah qayıdar
كَلاَّ إِنَّ الْإِنْسَانَ لَيَطْغَى
And olsun ki, insan həqiqətən azğınlıq edir
| 3. İsim və Feilə Bitişən Məna Hərfləri |
| Ətif Hərfləri |
| Sual şəkilçiləri |
| Təfsir Hərfləri |
| Başlama Hərfləri |
| Nəfy Hərfləri |
| Cavab Hərfləri |
أَحْمَدُ وَ زَيْدٌ يَسْجُدَانِ
Əhməd və Zeyd səcdə edirlər
جَاءَ زَيْدٌ فَجَلَسَ
Zeyd gəldi və oturdu
جَاءَ زَيْدٌ ثُمَّ أَحْمَدُ
Zeyd gəldi, sonra Əhməd gəldi
خُذِ الْكِتَابَ أَوِ الْقَلَمَ
Kitabı və ya qələmi götür
هَلَ أَنْتَ مُتَزَوِّجٌ
Evli sən?
أَ أَنْتَ تِلْمِيذٌ
Sən şagird(sən)?
لاَ رَيْبَ أَيْ لاَ شَكَّ
Şübhə, yəni şəkk yoxdur
أَمَرْتُكَ أَنِ اذْهَبْ
Getməyini istəyirəm
مَا قَرَأْتُ هَذَا الْكِتَابَ
Bu kitabı oxumadım
لاَ تَأْكُلْ
Yemə
أَجَلْ
bəli
نَعَمْ
bəli
بَلَى
bəli (olumsuz suallara müsbət cavab verəndə işlədilir)
Burada qeyd olunan bütün məna hərfləri müxtəlif başlıqlar altında tətbiqimizdə zamanla yer alacaq. Bəzən misallarda keçə bilər, amma biz mövcud olan bütün edatları əlavə etməyə çalışacağıq. Qeyd olunan bütün məna hərfləri mebnidir. Cümlədə hansı mövqedə olsalar da, heç vaxt hərəkələrində dəyişiklik olmaz. Amma bilməliyik ki, əlif-lamlı bir ismə keçid edilərkən kəsrə ilə keçid edilir.