Cümlə
Bir isim, bir feil və ya iki isimdən (isim və isim) ibarət olan tərkiblərə cümlə deyilir. Cümlələr isim və feil cümləsi olmaqla iki yerə bölünür.
-Bir cümlə isimlə başlayırsa, bu isim cümləsidir
-Bir cümlə feillə başlayırsa, bu feil cümləsidir
-İsim cümləsi mübtəda və xəbərdən ibarətdir
-Feil cümləsi fail və feildən ibarətdir
| İsim Cümləsi |
اَلْبَيْتُ كَبِيرٌ ev böyüktür |
| Feil Cümləsi |
كَتَبَ زَيْدٌ Zeyd yazdı |