İsim Tamlaması & İzafət 4
Muzafun ileyh Mütekellim ya'sına (mənim mənası verən ya hərfi) birləşərsə və muzaf da müfrəd isim olarsa;
|
كِتَابِي mənim kitabım |
كِتَابٌ istənilən bir kitab |
|
قَلَمِي mənim qələmim |
قَلَمٌ istənilən bir qələm |
|
بَيْتِي mənim evim |
بَيْتٌ istənilən bir ev |
*Əgər muzaf olan ismin son hərfi elifdirsə, o elif sabit qalır və yanına fətəli bir ya hərfi gəlir;
|
عَصَايَ mənim əsa(m) |
عَصَا əsa |
|
هُدَايَ mənim hidayətim |
هُدًى hidayət |
*Muzaf olan ismin son hərəkəsi sakin ya hərfidirsə, bu ya hərfinə bir mütəkəllim ya'sı əlavə olunur və iki ya şəddələnir və fətəli şəkildə oxunur;
|
مُحَامِيَّ mənim vəkilim |
اَلْمُحَامِيُّ vəkil |
|
لَيَالِيَّ mənim gecələrim |
اَللَّيَالِيُّ gecələr |
Muzafun ileyh Mütekellim ya'sına (mənim mənası verən ya hərfi) birləşərsə və muzaf da təsniyə isim olarsa; Təsniyə isminin sonundakı nun düşür, yanına mütəkəllim ya'sı fətəli şəkildə gəlir. Ya ilə elif ilal qaydasına görə bəzən birləşərək şəddəli bir ya kimi də tələffüz oluna bilər.
|
قَلَمَايَ mənim iki qələmim |
قَلَمَانِ iki qələm |
|
بَيْتَايَ mənim iki evim |
بَيْتَانِ iki ev |
Muzafun ileyh Mütekellim ya'sına (mənim mənası verən ya hərfi) birləşərsə və muzaf da cəm isim olarsa; Cəm isminin sonundakı nun düşür, yanına mütəkəllim ya'sı fətəli şəkildə gəlir. Sonra vav hərfi özündən sonra bir ya gəldiyinə görə ona bənzəyir və o da ya hərfinə çevrilir, bu səbəbdən mim hərfi də kəsrəli olur. İki ya idqama girir və şəddəli bir ya olurlar.
| مُعَلِّمِيَّ | مُعَلِّمُويَ | مُعَلِّمُونَ |
| Müəllimlərim | Müəllimlərim | Müəllimlər |
| بَنِيَّ | بَنُويَ | بَنُونَ |
| Oğlanlarım | Oğlanlarım | Oğlanlar |