2. Cəmi Mükəssər Münsərif İsimlər

Cəmi Mükkəsir Munsərif ismin rafe halı damme ilə, nəsb halı fetha ilə və cerr halı isə kesre ilədir.

Cəmi Mükkəsir Munsərif İsimlərin
rafe halı damme ilədir
nəsb halı fetha ilədir
cerr halı kesra ilədir

Məsələlərə baxaq;

Cəmi Mükkəsir Munsərif İsimlərin Rafe Hali

جَاءَنِى رِجَالٌ

Mənə adamlar gəldi

Məsələdə göründüyü kimi رِجَالْ ifadəsi cəmi mükkəsir və eyni zamanda munsərif bir isimdir. Cəmi mükkəsir munsərif olan isim cümlədə fail mövqeyindədir, yəni mə'rufdur. رِجَالْ ifadəsinin rafe əlaməti isə hərəkə ilədir və o da dammədir.
Cəmi Mükkəsir Munsərif İsimlərin Nəsb Hali

رَأَيْتُ رِجَالاً

Adamları gördüm

Məsələdə göründüyü kimi رِجَالْ ifadəsi cəmi mükkəsir və eyni zamanda munsərif bir isimdir. Cəmi mükkəsir munsərif olan isim cümlədə məful mövqeyindədir, yəni mənsubdur. رِجَالْ ifadəsinin nəsb əlaməti isə hərəkə ilədir və o da fethadır.
Cəmi Mükkəsir Munsərif İsimlərin Cerr Hali

مَرَرْتُ بِرِجَالٍ

Adamların yanından keçdim

Məsələdə göründüyü kimi رِجَالْ ifadəsi cəmi mükkəsir və eyni zamanda munsərif bir isimdir. Cəmi mükkəsir munsərif olan isim cümlədə cerr mövqeyindədir, yəni məcrurdur. رِجَالْ ifadəsinin cerr əlaməti isə hərəkə ilədir və o da kesradır.
🤖 AI Köməkçi
📜 Söhbət tarixçəsi
📚 Ərəbcədə İrab › 2. Cəmi Mükəssər Münsərif İsimlər
🎓
Xoş gəldiniz! Sual soruşun!