3. Cəmi Müənnəs Səlim İsimlər

Cəmi Müənnəs Salim isimlərin rəf halı damme ilə, nəsb halı kesra ilə və cerr halı isə kesre ilədir.

Cəmi Müənnəs Salim isimlərin
rəf halı damme ilədir
nəsb halı kesra ilədir
cerr halı kesra ilədir

Məsələlərə baxaq;

Cəmi Müənnəs Salim isimlərin Rəf Hali

خَرَجَتِ الْمُعَلِّمَاتُ

Qadın müəllimlər çıxdılar

Məsələdə göründüyü kimi الْمُعَلِّمَاتْ kəlməsi cəmi müənnəs salim isimdir. Cəmi müənnəs salim olan isim cümlədə fail mövqeyindədir, yəni mərfudur. الْمُعَلِّمَاتْ kəlməsinin rəf əlaməti isə hərəkə ilədir və bu dammədir.
Cəmi Müənnəs Salim isimlərin Nəsb Hali

نَظَرْتُ السَّمَواتِ

Səmaya baxdım

Məsələdə göründüyü kimi السَّمَواتْ kəlməsi cəmi müənnəs salim isimdir. Cəmi müənnəs salim olan isim cümlədə məf'ul mövqeyindədir, yəni mənsubdur. السَّمَواتْ kəlməsinin nəsb əlaməti isə hərəkə ilədir və bu kesradır.
Cəmi Müənnəs Salim isimlərin Cerr Hali

سَلَّمْتُ عَلَى الطَّلِبَاتِ

Qız tələbələrə salam verdim

Məsələdə göründüyü kimi الطَّلِبَاتْ kəlməsi cəmi müənnəs salim isimdir. Cəmi müənnəs salim olan isim cümlədə cerr mövqeyindədir, yəni məcrurdur. الطَّلِبَاتْ kəlməsinin cerr əlaməti isə hərəkə ilədir və bu kesradır.
🤖 AI Köməkçi
📜 Söhbət tarixçəsi
📚 Ərəbcədə İrab › 3. Cəmi Müənnəs Səlim İsimlər
🎓
Xoş gəldiniz! Sual soruşun!