1. Müfred Münsərif İsimlər
Müfred münsərif olan ismin ref halı damme ilə, nəsb halı fetha ilə və cərr halı isə kesre ilədir.
| Müfred Münsərif İsimlərin | |
| ref halı | damme ilədir |
| nəsb halı | fetha ilədir |
| cərr halı | kesra ilədir |
Məsələlərə baxaq;
| Müfred Münsərif İsimlərin Ref Halı |
|
جَاءَ مُحَمَّدٌ Muhəmməd gəldi |
| Məsələdə göründüyü kimi مُحَمَّدْ kəlməsi müfred və eyni zamanda münsərif bir isimdir. Müfred münsərif olan isim cümlədə fail mövqeyindədir, yəni mərfudur. مُحَمَّدْ kəlməsinin ref əlaməti isə hərəkə ilədir və o da dammədir. |
| Müfred Münsərif İsimlərin Nəsb Halı |
|
رَأَيْتُ مُحَمَّدًا Muhəmmədi gördüm |
| Məsələdə göründüyü kimi مُحَمَّدْ kəlməsi müfred və eyni zamanda münsərif bir isimdir. Müfred münsərif olan isim cümlədə məf'ul mövqeyindədir, yəni mənsubdur. مُحَمَّدْ kəlməsinin nəsb əlaməti isə hərəkə ilədir və o da fethadır. |
| Müfred Münsərif İsimlərin Cərr Halı |
|
سَلَّمْتُ عَلَى مُحَمَّدٍ Muhəmmədə salam verdim |
| Məsələdə göründüyü kimi مُحَمَّدْ kəlməsi müfred və eyni zamanda münsərif bir isimdir. Müfred münsərif olan isim cümlədə cərr mövqeyindədir, yəni məcrurdur. مُحَمَّدْ kəlməsinin cərr əlaməti isə hərəkə ilədir və o da kesradır. |