Hərəkə, hərf və muzari feilinin sonunda olan ilətli hərfin hazf edilməsi “silinməsi” olmaqla üç fərqli irab əlaməti kateqoriyası var. Bu üç kateqoriyadan hərəkə ilə irab dammə, fəthə və kəsrə olmaqla 3 irab əlamətinə malikdir. Hərf olaraq əlif, vav, ya və nun olmaqla 4 irab əlamətinə malikdir. Muzari feil üçün son hərfin hərəkəsi cəzm olunur, son hərfi silinir “hazf olunur” və sonunda olan nun hərfi silinir. Bu şəkildə 3 fərqli irab əlamətinə də muzari feil malikdir. Ümumilikdə 3 hərəkə, 4 hərf və 3 muzari feil irab əlaməti olmaqla cəmi 10 dənədir.
| 10 ədəd İrab Əlamətləri |
| Hərəkə ilə irab |
Dammə |
| Fəthə |
| Kəsrə |
| Hərf ilə irab |
Vav |
| Əlif |
| Ya |
| Nun |
| Muzari feil üçün irab |
Son hərəkəsi silinir |
| Son hərfi silinir |
| Sonundakı nun düşür |
Cədvəldə irab əlamətləri göstərilmişdir. Yəni bir kəlimədə irab baş verdikdə yuxarıdakı əlamətlər ortaya çıxır. İndi isə hansı tip isimlərdə hansı tip irabın ortaya çıxacağını öyrənməliyik. Bu 10 dənəsi üçün irab əlamətləri deyilir. Ümumilikdə 9 dənə də mürəb, yəni irab yeri var. Bu irab əlamətləri həmin isim və feillərdə ortaya çıxır. Mürəb isimləri görək;
| 10 dənə irab əlamətinin ortaya çıxdığı isim və feillər (mürəb kəlimələr) |
| Müfrəd Munsərif |
Yalnız hərəkə ilə |
| Cəmi Mükkəsir Munsərif |
| Qeyri-Munsərif |
Yalnız hərəkə ilə |
| Cəmi Müənnəs Salim |
Yalnız hərəkə ilə |
| Əsmai Sittə |
Yalnız hərf ilə |
| Cəmi Müzəkkər Salim |
Yalnız hərf ilə |
| Ulu, İşrunə və bənzərləri |
| Təsniyə, İsnani, Kila |
Yalnız hərf ilə |
| Sonu səhhih muzari feil |
Yalnız hərəkə ilə |
| Sonu ilətli muzari feil |
Yalnız hərf ilə |
| Sonu nunlu muzari feil |
Yalnız hərf ilə |
Cədvəldə verilən mürəb isimlər ardıcıllıqla izah olunacaq.
| İsimlər üçün |
Kəlimələr |
Rəf |
Nasb |
Cərr |
| Yalnız Hərəkələrlə İrab |
Müfrəd Munsərif |
Dammə |
Fəthə |
Kəsrə |
| Cəmi Mükkəsir Munsərif |
| Qeyri-Munsərif |
Dammə |
Fəthə |
Fəthə |
| Cəmi Müənnəs Salim |
Dammə |
Kəsrə |
Kəsrə |
| Yalnız Hərflərlə İrab |
Əsmai Sittə |
Vav |
Əlif |
Ya |
| Cəmi Müzəkkər Salim |
Vav |
Ya |
Ya |
| Ulu Kəliməsi |
Vav |
Ya |
Ya |
| İşrunə "20" və qardaşları |
Vav |
Ya |
Ya |
| İsnani Kəliməsi |
Əlif |
Ya |
Ya |
| Kila və ya Kilta |
Əlif |
Ya |
Ya |
| Muzari Feil üçün |
Kəlimələr |
Rəf |
Nasb |
Cəzm |
| Hazf ilə Birlikdə Hərəkə |
Səhhih Muzari |
Dammə |
Fəthə |
Hərəkənin Hazfı |
| İlətli Muzari |
Dammə |
Fəthə |
Hərfin Hazfı |
| Hazf ilə Birlikdə Hərf |
Əfal-i Xəmsə |
Nun |
Nun'un Hazfı |
Nun'un Hazfı |