Ləfzi, Təqdiri və Məhalli İrəb

Cümlə daxilindəki mövqeyinə görə sözlərin sonundakı hərf və ya hərəkələr bir sıra dəyişikliyə məruz qalır. Bu dəyişikliyə irab deyilir. Sözlərin ləfzi, təqdiri və məhəlli olmaqla üç cür irab alma vəziyyəti var.

Ləfzi irab: Cümlə daxilində bir sözün yerləşdiyi mövqeyə görə sonunda olan hərfin və ya hərəkənin ləfzi olaraq dəyişməsidir.

جَاءَ مُحَمَّدٌ

Məhəmməd gəldi

رَأَيْتُ مُحَمَّدًا

Məhəmmədi gördüm

مَرَرْتُ بِمُحَمَّدٍ

Məhəmmədə rast gəldim

Təqdiri irab: Cümlə daxilində bir sözün yerləşdiyi mövqeyə görə sonunda olan hərf və ya hərəkənin dəyişməməsidir. Amma həmin sözün təqdiri olaraq irab aldığını zehni olaraq bilirik.

جَاءَ الْفَتَى

Gənc gəldi

رَأَيْتُ الْفَتَى

Gənci gördüm

مَرَرْتُ بِالْفَتَى

Gəncə rast gəldim

Məhəlli irab: Cümlə daxilində bir sözün yerləşdiyi mövqeyə görə sonunda olan hərf və ya hərəkənin heç bir şəkildə irabdan pay almadığı vəziyyətdir. Cümlə içindəki söz birləşməsi tamamilə irab məhəllindədir. Məhz bu kimi sözlərin təyin olunduğu iraba məhəlli irab deyilir.

هَذَا صَدِيقِي

Bu mənim dostumdur

رَأَيْتُ هَذَا صَدِيقِي

Bu dostumu gördüm

مَرَرْتُ بِهَذَا صَدِيقِي

Bu dostuma rast gəldim

Məsələdə verilən هَذَا "həza-bu" ləfzisi məbni bir ləfzdır. Birinci cümlədə mübtəda, ikinci cümlədə məful və üçüncü cümlədə isə cərr məhəllindədir, lakin heç bir irab təsiri yoxdur. Buna görə də bu kimi məbni sözlər məhəllən irab alırlar. 

🤖 AI Köməkçi
📜 Söhbət tarixçəsi
📚 Ərəbcədə İrab › Ləfzi, Təqdiri və Məhalli İrəb
🎓
Xoş gəldiniz! Sual soruşun!