İrab Növləri

Ref' alaməti olan isimlərə merfu, nasb alaməti olan isimlərə mansub, cerr alaməti olan isimlərə mecrur və cezm alaməti olan isimlərə meczum deyilir. Növbəti dərslərdə ref', nasb, cerr və cezm alamətlərinin nə olduğunu və hansı isimlərdə və fellərdə necə gəldiyini göstərəcəyik. Amma bilinməsi vacib olan ən önəmli məqam budur ki, isimlərin hamısı ref, nasb və cerr alaməti ala bilər, amma cezm alaməti almaz. Lakin fellər isə, bu yalnız muzari feli üçün keçərlidir, o da heç vaxt cerr alaməti almaz, amma digər bütün alamətləri ala bilər. 

جَاءَ زَيْدٌ

Zeyd gəldi

نَظَرْتُ زَيْدًا

Zeydə baxdım

سَلَّمْتُ عَلَى زَيْدٍ

Zeydə salam verdim

يَكْتُبُ زَيْدٌ

Zeyd yazır

لَنْ أَكْتُبَ رِسَالَةً

Heç vaxt məktub yazmayacağam

لَمْ يَكْتُبْ رِسَالَةً

Məktub yazmadı

Yuxarıdakı misalları incələsək, ilk üç misalda "Zeyd" sözünün cümlə içindəki mövqeyini və həmin mövqeyə görə aldığı alaməti, ikinci üç misalda isə "yektubu" muzari felinin cümlədəki yerini və buna uyğun olaraq son hərfinin hərəkəsində (səhi̇h bir fel olduğu üçün son hərfində dəyişiklik olmayıb) baş verən dəyişikliklər göstərilmişdir.

-Birinci cümlədə Zeyd sözü faildir və fail merfudur, yəni ref olan isimlərdəndir. Deməli, bu failin merfu olmasının alaməti dammədir. Buna görə də Zeyd sözünün sonunda dammə var.

-İkinci cümlədə Zeyd sözü məf'uldur və mə'ullar mansubdur, yəni nasb olunan isimlərdəndir. Bu mə'ulun nasb alaməti fəthədir. Zeyd sözünə tənvin gəldiyinə görə son hərfi əlif olmuşdur. Tənvin mövzusunu xatırlayın.

-Üçüncü cümlədə Zeyd sözü hərf-i cerr ilə mecrurdur, yəni cerr olunmuş isimdir. Buna görə də Zeyd sözünün cerr alaməti kəsrə ilə olmuşdur.

-Dördüncü cümlədə muzari feli heç bir amil təsir etmədiyi üçün, amil-i mənəvidən dolayı özü-özünə dammə almışdır.

-Beşinci cümlədə muzari felin əvvəlinə gələn təkid-i nəfy-i istiqbal edatı olan "len" ilə birlikdə son hərfinin hərəkəsi fəthə olmuşdur. 

-Altıncı cümlədə muzari felin əvvəlinə bir cəhd-i mutlaq edatı olan "lem" gəldiyinə görə muzari felin sonu cezimli olmuşdur.

Növbəti dərslərdə bütün isim növlərini (fel növü olaraq yalnız muzari fel irab alır, bu da onun ism-i failə bənzəməsindən irəli gəlir) və bu isimlərin cümlədəki mövqeyinə görə alamətlərini verəcəyik. 

🤖 AI Köməkçi
📜 Söhbət tarixçəsi
📚 Ərəbcədə İrab › İrab Növləri
🎓
Xoş gəldiniz! Sual soruşun!