Mureb və Mebni Kəlimələr
İrab: Cümlədəki sözlərin, cümlə daxilində olduqları mövqeyə görə son hərfinin hərəkəsinin dəyişməsidir. Bu hərəkə dəyişikliyi ləfzən və ya təqdirən olur. Heç bir hərəkə dəyişikliyi olmasa da, cümlədəki mövqeyinə görə məhəllən bir iraba aid olma halı da var.
Ləfzi İrab: Fail, məful və ya izafətlə məcrur olma hallarına görə isimlərin son hərəkələri dəyişir.
كَتَبَ زَيْدٌ
Zeyd yazdı
رَأَيْتُ زَيْدًا
Zeydi gördüm
سَلَّمْتُ عَلَى زَيْدٍ
Zeydə salam verdim
-Zeyd ləfzı birinci misalda fail olduğuna görə əlaməti dammə ilədir, ikinci cümlədə məful olduğu üçün əlaməti fəthə ilədir, üçüncü cümlədə hərf-i cərr ilə məcrur olduğuna görə əlaməti kəsrədir.
Təqdiri İrab: Son hərfi səbəbilə hərəkə dəyişikliyinə məruz qalmayan, amma təqdirən belə olması lazım olan sözlərdəki irab növüdür.
أَنَا الْفَتَى
Mən gəncəm
رَأَيْتُ الْفَتَى
Gənci gördüm
سَلَّمْتُ عَلَى الْفَتَى
Gəncə salam verdim
اَلْفَتَى və ya elif-lamsız فَتًى "gənc oğlan" ləfzı məbni bir ləfzdir. Cümlə içində hansı mövqedə olursa olsun irabı dəyişmir. Yəni biz təqdirən fail, məful və ya məcrur deyə bilərik.
İrab olaraq son hərəkəsi dəyişən sözlərə mürəb deyilir. Yəni iraba girmiş deməkdir.
Bina & Məbni: Mürəb sözlərin əksinə, əvvəlinə hansı amil gəlsə də və ya cümlədə hansı mövqedə olsa da son hərəkəsi və ya hərfi əsla dəyişməyən isimlərdir. Yəni bina olunmuş "məbnî" sözlərdir.
عَلَّلَ الدُّنْيَا بِنَا
Dünya bizi aldatdı
رَأَيْتُ الدُّنْيَا الَّذِي بَشِيعٌ
Çirkin olan dünyaya baxdım
أَعِيشُ فِي الدُّنْيَا
Dünyada yaşayıram
-Dünya ləfzı məbni bir sözdür, yəni cümlədə hansı mövqedə olursa olsun hərəkəsi dəyişmir.