Sözün Hissələri
Ərəbcədə söz isim, feil və hərf olmaqla 3 hissədə öyrənilir.
| Söz | ||
| İsim | Feil | Hərf |
İsim: Zamanla heç bir əlaqəsi olmayan və özündə bir mənaya dəlalət edən sözlərdir. Yəni keçmiş, indiki və gələcək zamanla bir bağlılığı olmadan, deyildikdə tələffüzündə özünəməxsus bir mənası olan sözlərdir.
| İsim üçün misallar | |||
| اَلْقَلَمُ | مُحَمَّدٌ | اَلْبَابُ | اَلزَّهْرَةُ |
| Qələm | Məhəmməd | qapı | gül |
Feil: Zamanla əlaqəsi baxımından ismin əksinə olaraq keçmiş, indiki, geniş və gələcək zamanlara aid olan sözlərdir. Yəni feil dedikdə, hər hansı bir zamanda edilən hərəkət başa düşülür. Ona görə də zamanla birbaşa bağlılığı var.
| Feil üçün misallar | |||
| لِيَكْتُبْ | سَيَكْتُبُ | يَكْتُبُ | كَتَبَ |
| yazsın | yazacaq | yazır | yazdı |
Hərf: Nə zamanla əlaqəsi olan, nə də mənaca özü ilə bir şey başa düşülən sözdür. Yəni hərflər tək başına bir mənaya dəlalət etməz, amma bir mənanın yaranması üçün vasitə olan sözlərdir. Hərf dedikdə ağlınıza əlifbadakı hərflər gəlməsin, burada məqsəd məhz mənalı hərfdir.
| Hərf üçün misallar | |||
| لَيْتَ | إِلَى | لَعَلَّ | عَلَى |
| kaş ki | -ə, -a | ümid edilir ki | üzərinə |