İkinci şəxsin əmr forması
Emr-i Hazır; 2-ci şəxslərə (müxatəb və müxatəbə) əmr vermək deməkdir. Muzari feilinin quruluşunda bir sıra dəyişikliklər baş verir. Əgər bir muzari feilindən əmr feilini düzəltmək istəsək, aşağıdakı addımları tətbiq etməliyik.
- Muzari feilinin son hərəkəsi səkinə (cezim) edilir
- Muzari feilinin əvvəlində olan fətəli ya hərfi "muzaraat hərfi & ya-i meftuha" silinir
- Muzaraat hərfindən sonra əgər feil hərəkəli bir hərflə başlayırsa, o feil əmr feilidir. Amma hərəkəsiz hərflə başlayırsa, o zaman muzari feilinin əvvəlinə bir vasıl həmzəsi gətirilir.
- Gətirilən vasıl həmzəsinin hərəkəsi isə muzari feilinin ayn-ul feilinə baxaraq təyin edilir. Əgər muzari feilinin ayn-ul feili damməli (u ilə) olarsa, vasıl həmzəsi də damməli olur. Əgər muzari feilinin hərəkəsi fətəli və ya kəsrəli olarsa, o zaman vasıl həmzəsinin hərəkəsi kəsra olur.
| Muzari feili | يَخْرُجُ |
| Sonu səkinə edilir | يَخْرُجْ |
| Muzaraat hərfi silinir | خْرُجْ |
| Vasıl həmzəsi gətirilir | أُخْرُجْ |
Cədvəldəki muzari feilinin ayn-ul feili (ra hərfi) damməli olduğu üçün əvvəlinə gələn vasıl həmzəsi də damməli olmuşdur. Adətən sülasi mücərrəd fellərdə vasıl həmzəsi ilə əmr feili düzəldilir. Bəzi illetli fellərdə əmr fellərində buna ehtiyac olmaya bilər. Amma sülasi məzid fellərin bir çoxunda vasıl həmzəsinə ehtiyac yoxdur. Sonrakı dərslərdə sülasi məzid "3-dən çox hərfli fellər" mövzularında daha ətraflı baxacağıq.
| Cəm | İki nəfər | Tək | Zamirlər |
|
أُدْخُلُوا sizlər daxil olun |
أُدْخُلَا ikiniz daxil olun |
أُدْخُلْ daxil ol |
Müzəkkər Müxatəb 2-ci şəxs kişi |
|
أُدْخُلْنَ sizlər daxil olun |
أُدْخُلَا ikiniz daxil olun |
أُدْخُلِي daxil ol |
Müənnəs Müxatəbə 2-ci şəxs qadın |
أُدْخُلِ الْجَنَّةَ
Cənnətə daxil ol
أَسْلِمْ بِالْإِسْلاَمِ
İslama təslim ol
أُنْظُرْ إِلَى الْسَمَاءِ
Göyə bax
قُلْ هُوَ اللهُ أَحَدٌ
De ki, Allah təkdir
قُمْ فَأَنْذِرْ
Qalx və xəbərdar et
يَا رَبَّنَا اغْفِرْ لِي
Ey Rəbbimiz, məni bağışla
رَبُّنَا هَبْ لَنَا
Rəbbimiz, bizə bəxş et
إِلَهِي أُنْصُرْ
Allahım, kömək et
أُخْرُجُوا مِنْ هُنَا
Buradan çıxın