İsm-i Məf'ul & Nəsnə
Failin etdiyi əməl nəticəsində təsirə məruz qalan obyektə məf'ul deyilir. Bütün sülasi mücərrədlərin ismi-məf'ul forması مَفْعُولٌ "məf'ulun" şəklindədir. Bununla yanaşı, semai olan ismi-məf'ul formaları da var. Bəzi məsdərlər də ismi-məf'ul mənasını ifadə edə bilər. Aşağıdakı cədvəldə qiyasi, semai və məsdər vəznində olan ismi-məf'ullar qeyd olunacaq.
| Çoxluq | İki | Tək | Cinsiyyət |
|
مَفْعُولُونَ مَعْلُومُونَ məlum olan şeylər |
مَفْعُولَانِ مَعْلُومَانِ məlum olan iki şey |
مَفْعُولٌ مَعْلُومٌ məlum olan bir şey |
Müzəkkər Kişi |
|
مَفْعُولَاتٌ مَعْلُومَاتٌ məlum olan şeylər |
مَفْعُولَتَانِ مَعْلُومَتَانِ məlum olan iki şey |
مَفْعُولَةٌ مَعْلُومَةٌ məlum olan bir şey |
Müənnəs Qadın |
|
مَفَاعِلُ مَعَالِمُ məlum olan şeylər |
cəm müənnəs mükəssir qırıq cəm qadın |
||
Aşağıdakı cədvəldə bir sıra sülasi mücərrəd mazi feilərin ismi-məf'ul şəkilləri verilmişdir.
| Mənası | İsmi-Məf'ul | Mazi Feil | Mənası |
| yazılmış | مَكْتُوبٌ | كَتَبَ | yazdı |
| qırılmış | مَكْسُورٌ | كَسَرَ | qırdı |
| bağlanmış | مَرْبُوطٌ | رَبَطَ | bağladı |
| məlum olan | مَعْلُومٌ | عَلِمَ | bildi |
| gözəlləşən | مَحْسُونٌ | حَسُنَ | gözəl oldu |
| məsul | مَسْؤُولٌ | سَئَلَ | soruşdu |
Aşağıdakı cədvəldə sülasi mücərrəd feilərin semai "eşidilməyə" əsaslanan vəznləri verilmişdir. Bu vəznlər ərəblərdən eşidilərək qeyd olunmuşdur.
| Vəznlər | İsmi-Məf'ul | Mənalar |
| فَعِيلٌ | قَتِيلٌ | öldürülən |
| فَعُولٌ | حَلُوبٌ | sağılan |
| فِعْلٌ | ذِبْحٌ | kəsilən |
| فَعَلٌ | قَنَصٌ | ovlanan |
| فُعْلَةٌ | غُرْفَةٌ | ovuclanan |
Məsdərlər bəzən məcazi olaraq ismi-məf'ul kimi istifadə oluna bilər. Bu məsdərlərin, ismi-məf'ul üçün təsniyə, cəm və ya müənnəs mənası olsa belə, məsdər vəznində gələn ismi-məf'ul müfrəd kimi işlədilir.
| خَلْقٌ | مَخْلُوقٌ | خَلَقَ |
| yaratmaq | yaradılmış | yaratdı |
Cədvəldəki خَلْقٌ feil məsdər olmasına baxmayaraq "yaradılmış" mənasında ismi-məf'ul kimi istifadə oluna bilər.
هَذَا خَلْقُ اللهِ
Bu Allahın yaratdığıdır
هَذَا مَخْلُوقُ اللهِ
Bu Allahın yaratmış olduğudur
Göründüyü kimi, خَلْقُ məsdəri ilə مَخْلُوقُ ismi-məf'ulu eyni mənaya gəlir.