Mübaləğəli İsm-i Fəil

Əvvəlki dərsdə izah etdiyimiz فَاعِلٌ "fa'ilun" vəznindəki ism-i failin mübaliğə ifadə edə bilməsi فَعّالٌفَعُولٌمِفْعَالٌفَعِيلٌفَعِلٌ vəznlərinə aiddir. Əgər bu bablardan hər hansı birinin mübaliğə ifadə etməsini istəyiriksə, diqqət etməli olduğumuz məqam odur ki, həmin feilə aid ism-i fail فَاعِلٌ "fa'ilun" vəznində olmalıdır. Sülasi mücərrəd cədvəldəki beşinci və altıncı feiləri bu vəznlərə salmaqla mübaliğəli ism-i fail əldə edə bilmirik. Lakin sifət-i müşəbbəhə əldə edirik. 

Qeyd olunan 5 mübaliğəli ism-i fail şəkillərindən فَعُولٌمِفْعَالٌفَعِيلٌفَعِلٌ həm mübaliğəli ism-i faildir, həm də başqa feil (beşinci və altıncı bablar) üçün sifət-i müşəbbəhədir və başqa bablar da var.

Vəznlər Mövzunlar Məna
فَعُولٌ ضَرُوبٌ mübaliğə ilə döyən
زَهُوقٌ dərin - sifət-i müşəbbəhə
مِفْعَالٌ مِضْرَابٌ mübaliğə ilə döyən
مِفْتَاحٌ açan - sifət-i müşəbbəhə
فَعِيلٌ ضَرِيبٌ mübaliğə ilə döyən
ظَرِيفٌ zərif - sifət-i müşəbbəhə
فَعِلٌ ضَرِبٌ mübaliğə ilə döyən
أَشِرٌ nazlı, şıltaq - sifət-i müşəbbəhə
فَعَّالٌ قَهَّارٌ Çox güclü olan

Aşağıdakı cədvəldə digər mübaliğəli ism-i fail şəkilləri göstərilib

Vəzn Mövzun Məna
فِعِّيلٌ صِدِّيقٌ çox sadiq
فُعَالٌ كُبَارٌ çox böyük
فُعَّالٌ طُوَّالٌ çox uzun
فَعَّالَةٌ عَلاَّمَةٌ çox bilən
فُعْلَةٌ ضُحْكَةٌ çox gülən
فُعَلَةٌ لُعَنَةٌ çox lənətləyən
مِفْعَلٌ مِجْزَمٌ çox dolu olan
مِفْعِيلٌ مِكْثِيرٌ çox danışan
فُعْلٌ غُفْلٌ çox qəflətdə olan
فَعُلٌ يَقُظٌ çox ayıq olan
فَاعِلَةٌ رَاوِيَةٌ çox rəvayət edən
فَعُولَةٌ قَرُوقَةٌ çox ayırd edən
مِفْعَالَةٌ مِسْقَامَةٌ çox xəstə olan
🤖 AI Köməkçi
📜 Söhbət tarixçəsi
📚 Sarf Bilikləri › Mübaləğəli İsm-i Fəil
🎓
Xoş gəldiniz! Sual soruşun!