Mütəaddi və Lazım Fiillər
Mütəəddi feil: Failin etdiyi feil əgər bir məf'ula təsir edirsə, o feilə mütəəddi “keçişli” feil deyilir. Məsələn; كَسَرَ زَيْدٌ الزُّجَاجَ “Zeyd şüşəni sındırdı” tərkibində feil “sındırmaq”, fail “Zeyd” və failin sındırma əməlindən təsirlənən, yəni məf'ul isə “şüşə” kimi görünür. Bax, bu şəkildə feil bir məf'ula təsir edirsə, o feil mütəəddi feildir.
Lazım feil: Failin etdiyi feil bir məf'ula təsir etmirsə və əksinə, failin öz nəfsində baş verirsə, o feilə lazım “keçişsiz” feil deyilir. Məsələn; كَرُمَ زَيْدٌ “Zeyd səxavətli oldu” tərkibində feil “səxavətli olmaq”, fail isə “Zeyd” kimi görünür. Burada Zeydin etdiyi səxavətlilik yalnız öz nəfsində qalıb, heç bir məf'ula təsir etməmişdir. Deməli, failin feili bir məf'ula təsir etmədən öz nəfsində baş verirsə, o feilə lazım feil deyilir.
| Zeyd Amra kömək etdi | نَصَرَ زَيْدٌ عَمْرًا | Zeydin etdiyi kömək etmək feili Amra keçdiyinə görə نَصَرَ feili keçişli bir feildir |
| Zeyd çıxdı | خَرَجَ زَيْدٌ | Zeydin etdiyi çıxmaq feili heç kimə təsir etməyib, öz nəfsində baş verdiyinə görə خَرَجَ feili lazım bir feildir |
| Zeyd Amrı döydü | ضَرَبَ زَيْدٌ عَمْرًا | Zeydin etdiyi döymək feili Amra keçdiyinə görə ضَرَبَ feili keçişli bir feildir |
| Zeyd oturdu | جَلَسَ زَيْدٌ | Zeydin etdiyi oturmaq feili heç kimə təsir etməyib, öz nəfsində baş verdiyinə görə جَلَسَ feili lazım bir feildir |
| Zeyd qapını açdı | فَتَحَ زَيْدٌ الْبَابَ | Zeydin etdiyi açmaq feili qapıya keçdiyinə görə فَتَحَ feili keçişli bir feildir |
| Zeyd getdi | ذَهَبَ زَيْدٌ | Zeydin etdiyi getmək feili heç kimə təsir etməyib, öz nəfsində baş verdiyinə görə ذَهَبَ feili lazım bir feildir |
| Zeyd məsələni bildi | عَلِمَ زَيْدٌ الْمَسْئَلَةَ | Zeydin etdiyi bilmək feili məsələyə keçdiyinə görə عَلِمَ feili keçişli bir feildir |
| Zeyd varis oldu | وَرِثَ زَيْدٌ | Zeydin etdiyi varis olmaq feili heç kimə təsir etməyib, öz nəfsində baş verdiyinə görə وَرِثَ feili lazım bir feildir |
| Zeyd gözəl oldu | حَسُنَ زَيْدٌ | Zeydin etdiyi gözəl olmaq feili heç kimə təsir etməyib, öz nəfsində baş verdiyinə görə حَسُنَ feili lazım bir feildir |
| Zeyd Amrı fəzilətli sandı | حَسِبَ زَيْدٌ عَمْرًا فَاضِلاً | Zeydin etdiyi sanmaq feili Amra keçdiyinə görə حَسِبَ feili keçişli bir feildir |