Sülasi Mücərrəd Bablar

Ərəbcədə sülasi 3-lü, mücərrəd isə yalın, təcrid olunmuş deməkdir. Sülasi mücərrəd bablar deyiləndə ağlımıza 3 hərfli və bütün hərfləri feilə məxsus olan, əsla əlavə hərfi olmayan feilər gəlməlidir. Sülasi mücərrəd bablar öz içərisində salim və qeyri-salim olmaqla iki yerə bölünür.

Sülasi Mücərrəd Salim: Quruluşundakı 3 hərf feilə məxsus olan və bu üç hərfdən heç birinin elif, vav, ya və ya şəddəli olmadığı görünən feilərə deyilir. 

Sülasi Mücərrəd Salim Feillər
عَمَلَ نَظَرَ عَلِمَ كَتَبَ
çalışdı baxdı bildi yazdı

Sülasi Mücərrəd Qeyri-Salim: Quruluşundakı 3 hərf feilə məxsus olan və bu üç hərfdən birinin elif, vav, ya və ya şəddəli olduğu görünən feilərə deyilir. 

Sülasi Mücərrəd Qeyri-Salim Feillər
طَوَى سَئَلَ أَخَذَ وَجَدَ
bükdü soruşdu aldı tapdı

Yuxarıda göstərilən misallarda olduğu kimi Sülasi Mücərrəd feilər 3 hərflidir və bütün hərfləri əsasdır. Məhz belə 3 hərfli və bütün hərfləri əsas olan muzari "indiki zaman forması" feiləri ilə birlikdə ümumilikdə 6 babda araşdırılır. Biz bu altı baba əbvab-ı sittə "altı bab" deyirik. 

Muzari Vezinlər Mazi Vezinlər Bab Sırası
يَفْعُلُ فَعَلَ 1.Bab
يَفْعِلُ فَعَلَ 2.Bab
يَفْعَلُ فَعَلَ 3.Bab
يَفْعَلُ فَعِلَ 4.Bab
يَفْعُلُ فَعُلَ 5.Bab
يَفْعِلُ فَعِلَ 6.Bab

Cədvəldə olan 6 sülasi mücərrəd mazi və muzari vəzinlər Ərəb dili ilə maraqlanan sarf və nəhiv alimlərinin və dilçilərin araşdırmaları nəticəsində dildə mövcud olan bablardır. İlk 3 bab Ərəbcədəki feilərin təxminən 85 faizini əhatə edir. Yəni sülasi mücərrəd mazi və muzari vəzinlərinin ən çox işlənənləridir. Sülasi mücərrəd feilərin məlum mazi vəzinləri 3 ədəddir. Cədvəldə göründüyü kimi sülasi mücərrəd məlum mazi feilərin ilk üç babı, dördüncü və altıncı babları eyni vəzindədir. Aşağıda bu cədvəldəki vəzinlərə uyğun olan bəzi feil nümunələri verilmişdir. Bundan sonra harada 3 hərfli bir mazi feil görsək, dərhal ağlımıza hansı babdan gəldiyini gətirək. 

Muzari Mövzunlar Mazi Mövzunlar Bab Sırası

يَنْصُرُ

kömək edir

نَصَرَ

kömək etdi

1.Bab

يَضْرِبُ

vurur

ضَرَبَ

vurdu

2.Bab

يَفْتَحُ

açır

فَتَحَ

açdı

3.Bab

يَعْلَمُ

bilir

عَلِمَ

bildi

4.Bab

يَحْسُنُ

gözəl olur

حَسُنَ

gözəl oldu

5.Bab

يَحْسِبُ

zənn edir

حَسِبَ

zənn etdi

6.Bab

Yaxın zamanda tətbiqimizdə Tasrifat başlığı altında bütün sülasi və rübai feilərin həm emsile-i muxtəlifə, həm də emsile-i muttaride şəkillərini görəcəksiniz. Növbəti dərslərdə 3 vəzin olan məlum mazi feilərin və tək vəzin olan məchul mazi feilərin misallarını və məlumatını öyrənəcəksiniz.

🤖 AI Köməkçi
📜 Söhbət tarixçəsi
📚 Sarf Bilikləri › Sülasi Mücərrəd Bablar
🎓
Xoş gəldiniz! Sual soruşun!