Fiy Hərf-i Cərr
Fiy herfi-cerri ilk olaraq “içində, haqqında” mənalarını daşıyır. Digər mənalarına nəzər salaq.
ظَرْفِيَّتْ Zarfiyyət mənası: صَلَّيْتُ في الْمَسْجِدِ “Məsciddə namaz qıldım” cümləsindəki في önünə aldığı ismi cərr etmişdir və bir məkan zərfi meydana çıxarmışdır. هَذَا الْكِتَابُ فِي النَّحْوِ “Bu kitab nahiv haqqındadır” kimi. Məcazi olaraq da istifadə oluna bilər, لَقَدْ كَانَ لَكُمْ فِي رَسُولِ اللهِ أُسْوَةٌ حَسَنَةٌ “Allahın rəsulunda sizin üçün gözəl bir nümunə vardır” ayəsində olduğu kimi.
سَبَبِيَّتْ Səbəbiyyət mənası: وَ لَوْلاَ فَضْلُ اللهِ عَلَيْكُمْ وَ رَحْمَتُهُ فِي الدُّنْيَا وَ الْآخِرَةِ لَمَسَّكُمْ فِي مَا أَفَضْتُمْ فِيهِ عَذَابٌ عَظِيمٌ “Əgər dünyada və axirətdə Allahın rəhməti və fəziləti üzərinizdə olmasaydı, içinə girdiyiniz hay-küydən dolayı əlbəttə sizə böyük bir əzab toxunardı” ayəsində 3 dənə في hərfi-cerri vardır. فِي الدُّنْيَا “dünyada” məkan zərfi olaraq gəlmişdir. فِي مَا أَفَضْتُمْ “hay-küy səbəbi ilə” ləm hərfi-cerri kimi əməl etmişdir. فِيهِ isə “onun içində, onda” yəni hay-küyünüzdə.
مُصَاحَبَه Musahibə (birlikdəlik) mənası: قَالَ ادْخُلُوا فِي أُمَمٍ “Ümmətlərlə daxil olun dedi” ayəsindəki في hərfi-cerri مَعْ mənasında əməl etmişdir.
اِسْتِعْلاَء İsti’la (üzərinə) mənası: وَ لَأُصَلِّبَنَّكُمْ فِي جُذُوعِ النَّخْلِ “Sizi mütləq xurma ağaclarının budaqlarına asacağam” ayəsində فِي جُذُوعِ النَّخْلِ tərkibi عَلَى جُذُوعِ النَّخْلِ “xurma ağaclarının budaqlarının üzərinə” kimidir.