Âla Hərf-i Cərr

Âla herfi-cerri ilk olaraq “üzərinə” mənasını ifadə edir. Buna isti’la deyirik. اِسْتِعْلاَء isti’la (üzərinə) mənası: اَلسَّلاَمُ عَلَيْكُمْ “Salam, sizin üzərinizdədir” cümləsində âla herfi-cerri isti’la mənasındadır. ظَرْفِيَّتْ Zarfiyyət mənası: وَ دَخَلَ الْمَدِينَةَ عَلَى حِينَ غَفْلَةٍ مِنْ أَهْلِهَا “Əhalisinin qafildə olduğu bir zamanda şəhərə daxil oldu” ayəsində عَلَى حِينَ غَفْلَةٍ “qafildə olduğu bir an” ifadəsində âla herfi-cerri sanki فِي herfi-cerri kimi işləyib. مُجَاوَزَتْ Mucavəzət mənası: إِذَا رَضِيَتْ عَلَيَّ بَنُو قُشَيْرٍ، لَعَمْرُ اللهِ أَعْجَبَنِي رِضاهَا “Kuşeyr qəbiləsi məndən razı olanda, Allaha and olsun ki, o qəbilənin razılığı xoşuma gəlir” beytində عَلَيَّ cər və məcrurdur. Âla herfi-cerri ilə mütəkəllim ya’sından ibarətdir. Eynilə مِنِّي “məndən” mənası vardır. تَعْلِيلْ səbəb mənası: وَ لِتُكَبِّرُوا اللهَ عَلَى مَا هَدَاكُمْ “Allahın sizə hidayət etməsi, Allahı ucaltdığınız səbəbindəndir” ayəsi kimidir. عَلَى مَا هَدَاكُمْ əslində لِمَا هَدَاكُمْ şəklindədir. Burada məqsəd isə لِهِدَايَتِهِ إِيَّاكُمْ onun hidayətinin yalnız sizə olmasıdır. مُصَاحَبَه Musahibə (birlikdəlik) mənası: وَ إِنَّ رَبَّكَ لَذُو مَغْفِرَةٍ لِلنَّاسِ عَلَى ظُلْمِهِمْ “Zülmlərinə baxmayaraq Allah insanlara qarşı bağışlayan sahibidir” ayəsində عَلَى ظُلْمِهِمْ ifadəsi əslində مَعْ ظُلْمِهِمْ mənasındadır.
🤖 AI Köməkçi
📜 Söhbət tarixçəsi
📚 › Âla Hərf-i Cərr
🎓
Xoş gəldiniz! Sual soruşun!