İlə Hərf-i Cərr
İlâ herfi-cərrinin ilk ağla gələn mənası “intiha” yəni yönəlmə mənasıdır. Bununla yanaşı, daha 5 mənanı birlikdə görəcəyik.
اِنْتِهَاءٌ İntiha (yönəlmə) mənası: مِنَ الْمَسْجِدِ الْحَرَامِ إِلَى الْمَسْجِدِ الْأَقْصى “Məscidül-haramdan, Məscidül-Əqsaya” ayəsində olduğu kimi bir məkan yönəlməsi, yəni ora doğru gediş vardır. Bu ilâ hərfi-cərr hadisəni artıq sonlandırır. Yəni A nöqtəsindən çıxıldı, B nöqtəsinə çatıldı deyək, B nöqtəsi yönəldilən nöqtə olduğu üçün hadis tamamlanır. ثُمَّ اَتِمُّوا الصِّيَامَ إِلَى اللَّيْلِ “Sonra gecəyə qədər orucu tamamlayın” ayəsində isə son nöqtə gecənin olmasıdır. Yəni gecə olduğunda artıq oruc tamam olur deməkdir.
مُصَاحَبَه Musahibə (birlikdəlik) mənası: وَ لاَ تَأْكُلُ أَمْوَالَهُمْ إِلَى أَمْوَالِكُمْ “Onların mallarını öz mallarınızla birlikdə yeməyin” ayəsində إِلَى أَمْوَالِكُم “öz mallarınızla birlikdə” əslində مَعْ أَمْوَالِكُمْ “mallarınızla birlikdə” mənasındadır. Yəni musahibə mənasında istifadə olunan ilâ hərfi-cərr əslində مَعَ mənasındadır.
تَبْيِينْ Təbyin Mənası: قَالَ رَبِّ السِّجْنُ أَحَبُّ إِلَيَّ مِمَّا يَدْعُونَنِي إِلَيْهِ “Dedi ki: “Rəbbim, həbsxana məni çağırdıqları şeydən mənə daha sevimlidir” ayəsində إِلَيَّ ilâ hərfi-cərr ilə mütəkəllim ya'sının birləşməsindən meydana gəlmişdir.
اِخْتِصَاصْ İxtisas mənası: وَ الْمُلْكُ إِلَيْكَ “Mülk sənindir” deyiləndə mülkü ilâ hərfi-cərrin cərr etdiyi ismə izafə edirik. Yəni ona məxsus edirik.
ظَرْفِيَّتْ Zarfiyyət mənası: لِيَجْمَعَنَّكُمْ إِلَى يَوْمِ الْقِيَامَةِ “Qiyamət günündə sizi mütləq toplayacaqdır” ayəsində ilâ hərfi-cərr فِي hərfi-cərr kimi işləyib. Əslində فِي يَوْمِ الْقِيَامَةِ mənası vardır.