9.5 Digər Fiil Mənaları

وَ مِنْهُ كُلِّ اسْمٍ يُفْهَمُ مِنْهُ مَعْنَى الصِّفَةِ، نَحْوُ؛ لَفْظَةِ اللهِ فِي قَوْلِهِ  تَعَالَى وَ هُوَ اللهُ فِي السَّمَوَاتِ أَيِ الْمَعْبُودُ فِيهَا وَ مِنْهُ اسْمُ الْاِشَارَةِ وَ لَيْتَ وَ لَعَلَّ وَ حَرْفُ النِّدَاءِ وَ التَّشْبِيهِ وَ التَّنْبِيهِ وَ النَّفْىِ وَ غَيْرُهَا. فَهَذِهِ تَعْمَلُ فِي غَيْرِ الْفَاعِلِ وَ الْمَفْعُولِ بِهِ مِنْ مَعْمُولاَتِ الْفِعْلِ كَالْحَالِ وَ الظَّرْفِ

 

وَ مِنْهُ və mənalı fellərdən, كُلِّ اسْمٍ bütün isimlər, elə isimlər ki; يُفْهَمُ başa düşülür, مِنْهُ o isimlərdən, مَعْنَى الصِّفَةِ sifət mənası, نَحْوُ misalı belədir; لَفْظَةِ اللهِ Allah kəlməsi, فِي قَوْلِهِ تَعَالَى Allah-taalanın bu kəlamında; وَ هُوَ اللهُ فِي السَّمَوَاتِ “Və O göylərdə olan Allahdır” أَيِ yəni, الْمَعْبُودُ ibadət olunan, فِيهَا göydə. وَ مِنْهُ اسْمُ الْاِشَارَةِ və işarət ismi mənalı fellərdən, وَ لَيْتَ və leyte “kaş ki”, وَ لَعَلَّ və lealle “ümid edilir ki”, وَ حَرْفُ النِّدَاءِ və nida hərfi, وَ التَّشْبِيهِ və təşbeh hərfi, وَ التَّنْبِيهِ və tənbeh hərfi, وَ النَّفْىِ və nefy hərfi, وَ غَيْرُهَا və bunlardan başqa, فَهَذِهِ burada bəhs olunan digər mənalı fellər, تَعْمَلُ təsir edir, فِي غَيْرِ الْفَاعِلِ وَ الْمَفْعُولِ بِهِ fail və mefulün bih açıq olmayan hallarda, مِنْ مَعْمُولاَتِ الْفِعْلِ feli mamullərdən, كَالْحَالِ وَ الظَّرْفِ hal və zarf kimi.

Mətnin Ümumi Mənası: Özündən sifət mənası başa düşülən bütün isimlər mənalı fellərdir. Misal; وَ هُوَ اللهُ فِي السَّمَوَاتِ “Və O göylərdə olan Allahdır” yəni bu ayədə Allah kəlməsi göylərdə məbud, ona ibadət olunan mənasındadır. Bu ayədəki Allah kəlməsi məbud ism-i mefulunun mənasında olduğuna görə فِي السَّمَوَاتِ cər və məcruru ona mütəalliq olub السَّمَوَاتِ kəlməsi mefulün fiyh olmaqla məhəllən mənsubdur. İşarət isimləri mənalı fellərdən sayılır, misal; هَذَا زَيْدٌ جَالِسًا “Ayaqda olan Zeyddir” tərkibində هَذَا işarət ismi أَشِيرُ “işarə edirəm” m

Anasında olduğu üçün جَالِسًا sözünü hal olaraq nəsb edib. Leyte mənalı fellərdən sayılır, misal; لَيْتَكَ قَائِمًا فِي الدَّارِ "Kaş ki ayaqda olduğun halda evdə olasan" tərkibində لَيْتَ sözü أَتَمَنَّى "arzu edirəm" mənasında olduğu üçün قَائِمًا sözünü hal olaraq nəsb edib. Lealle mənalı fellərdən sayılır, misal; لَعَلَّكَ جَالِسًا عِنْدَنَا "Ümid edilir ki, oturduğun halda yanımızda olasan" tərkibində لَعَلَّ sözü أَتَرَجَّى "ümid edirəm" mənasında olduğu üçün جَالِسًا sözünü hal olaraq nəsb edib. Nida hərfi mənalı fellərdən sayılır, misal; يَا رَبَّنَا مُنْعِمًا "İhsan edən olduğun halda ey Rəbbimiz" tərkibində يَا sözü اَدْعُو mənasında olduğu üçün مُنْعِمًا sözünü hal olaraq nəsb edib. Təşbih hərfi mənalı fellərdən sayılır, misal; زَيْدٌ كَعْمْرٍ قَاعِدًا "Zeyd oturucu olduğu halda Əmr kimidir" tərkibində كَ hərfi أَشَبِّهُ "bənzədirəm" mənasında olduğu üçün قَاعِدًا sözünü hal olaraq nəsb edib. Tənbeh hərfləri mənalı fellərdən sayılır, misal; هَذَا زَيْدٌ جَالِسًا "Oturmuş olan Zeyddir" tərkibində hal olan جَالِسًا sözünün amili هَذَا ola biləcəyi kimi أُنَبِّهُ "tənbeh edirəm" mənasını ifadə edən هَا tənbeh hərfi də ola bilər. Nəhy hərfi mənalı fellərdən sayılır, misal; مَا أَنْتَ بِنِعْمَةِ رَبِّكَ بِمَجْنُونٍ "Sən Rəbbinin neməti sayəsində dəli deyilsən" ayəsində بِنِعْمَةِ cər və məcruru məhzuf olan مُلْتَبِسًا sözünə mütəəlliq olan zarf-ı müstəqardır. Bu zarf-ı müstəqar leyseyə müşabih olan ma ədətinin xəbəri olan مَجْنُونْ ism-i məfulünə müstətir hüvə zamirindən haldır. Hal olan بِنِعْمَةِ zarf-ı müstəqarını nəsb edən amil ma-i nafiyədir. Ma-i nafiyə اِنْتَفَى "yox oldu" mənasındadır. بِمَجْنُونٍ sözündəki ba cər hərfi isə zaitdir. Bu qeyd olunan sözlərdən başqa olan mənalı fellər də belədir. Bu qeyd olunan sözlər fiilin əməl etdiyi mamullərdən fail və məfulun bihə açıq şəkildə əməl etməzlər. Lakin digər mamullərdə əməl edirlər.
🤖 AI Köməkçi
📜 Söhbət tarixçəsi
📚 › 9.5 Digər Fiil Mənaları
🎓
Xoş gəldiniz! Sual soruşun!