6. Məsdər
وَ السَّادِسُ؛ اَلْمَصْدَرُ؛ وَ شَرْطُ عَمَلِهِ فِي الْفَاعِلِ وَ الْمَفْعُولِ بِهِ أَنْ لاَ يَكُونَ مُصَغَّرًا وَ لاَ مَوْصُوفًا وَ لاَ مُقْتَرِنًا بِالْحَالِ وَ لاَ مُعَرَّفًا بِاللاَّمِ عِمْدَ الْاَكْثَرِ وَ لاَ عَدَدًا وَ لاَ نَوْعًا وَ لاَ تَأْكِيدًا مَعَ الْفِعْلِ أَوْ بِدُونِهِ وَ الْفِعْلُ مُرَادٌ غَيْرُ لاَزِمِ الْحَذْفِ وَ إِنْ كَانَ لاَزِمَ الْحَذْفِ فَيَعْمَلُ الْمَصْدَرُ لِقِيَامِهِ مَقَامَ الْفِعْلِ، نَحْوُ؛ سَقْيًا زَيْدٌ وَ يَجُوزُ حَذْفُ فَاعِلِهِ بِلاَ نَائِبٍ وَ لاَ يَجُوزُ هَذَا فِي غَيْرِ الْمَصْدَرِ وَ لاَ يُضْمَرُ فِيهِ وَ لاَ يَتَقَمَّمُ مَعْمُولُهُ عَلَيْهِ.
وَ السَّادِسُ؛ qiyasi amillərin altıncısı; اَلْمَصْدَرُ; "məsdər"dir. وَ شَرْطُ عَمَلِهِ onun, yəni məsdərin əməl etmə şərti; فِي الْفَاعِلِ faildə əməl etmə şərti; وَ الْمَفْعُولِ بِهِ və mefulü bih-də əməl etmə şərti; أَنْ لاَ يَكُونَ olmamasıdır, مُصَغَّرًا musaggar, yəni isim-i təsğir, وَ لاَ مَوْصُوفًا və ya mevsuf, sifətlənmiş olmamasıdır, وَ لاَ مُقْتَرِنًا بِالْحَالِ və hal mənasına yaxın olmamasıdır, وَ لاَ مُعَرَّفًا بِاللاَّمِ əlif-lam ilə muarref olmamasıdır, عِمْدَ الْاَكْثَرِ alimlərin əksəriyyətinin nəzərində. وَ لاَ عَدَدًا və ədəd olmaması, وَ لاَ نَوْعًا növ olmaması, وَ لاَ تَأْكِيدًا və tə'kid olmamalıdır, مَعَ الْفِعْلِ fiil ilə birlikdə, أَوْ بِدُونِهِ və ya fiilsiz, وَ الْفِعْلُ və o fiil, مُرَادٌ iradə olunmuşdur, غَيْرُ لاَزِمِ الْحَذْفِ hazf olunması lazım olmayan. وَ إِنْ كَانَ لاَزِمَ الْحَذْفِ əgər hazf olunması lazım olarsa, فَيَعْمَلُ الْمَصْدَرُ o halda məsdər əməl edir, لِقِيَامِهِ onun kaim olması üçün, مَقَامَ الْفِعْلِ fiil məqamına, yerinə. نَحْوُ; misalı belədir; سَقْيًا زَيْدٌ "Zeyd sulansın" kimi. وَ يَجُوزُ və caizdir, حَذْفُ فَاعِلِهِ məsdərin failini hazf etmək, بِلاَ نَائِبٍ naib olmadan. Yerinə hər hansı bir söz gətirilmədən məsdərin hazfi caizdir. وَ لاَ يَجُوزُ və caiz deyil, هَذَا bu vəziyyətdə, yəni فِي غَيْرِ الْمَصْدَرِ məsdərdən başqasında, وَ لاَ يُضْمَرُ izmar edilə bilməz, yəni fail müstətir zamir ola bilməz, فِيهِ məsdərdə. وَ لاَ يَتَقَمَّمُ və mütəqəddim olmaz, مَعْمُولُهُ məsdərin mamulu, عَلَيْهِ məsdərin önünə.
Mətnin Ümumi Mənası; Qiyasi amillərin altıncısı "məsdər"dir. Məsdərin fail və mefulü bih-də əməl etməsinin şərtləri; musaggar və mevsuf olmaması, halə dəlalət edən bir sözlə birlikdə olmaması, lam-ı tarif ilə muarref olmaması lazımdır. Bu da alimlərin əksəriyyətinə görədir. Eyni zamanda fiil ilə birlikdə və ya fiilsiz, ədəd, növ və tə'kid olmamasıdır. Fiil deməkdən məqsəd hazfi lazım olmayan fiildir. Əgər fiilin hazfi lazım olarsa məsdər, fiilin yerinə keçdiyi üçün əməl edir. Misal; سَقْيًا زَيْدٌ kimi. Məsdərin failini vəkilsiz hazf etmək caizdir. Məsdərdən başqasında hazf caiz deyil. Məsdərin failini məsdərdə gizlətmək caiz deyil. Məsdərin mamulu özündən önə keçə bilməz.