4. Sifət-i müşəbbəhə
وَ الرَّابِعُ؛ الصِّفَةُ الْمُشَبَّةُ، فَهِيَ تَعْمَلُ عَمَلَ فِعْلِهَا بِالشُّرُوطِ الْمُعْتَبَرَةِ فِي اسْمِ الْفَاعِلِ غَيْرَ مَعْنَى الْحَالِ وَ الْاِسْتِقْبَالِ، فَإِنَّهُ لاَ يُشْتَرَطُ فِي عَمَلِهَا، نَحْوُ؛ زَيْدٌ حَسَنٌ وَجْهُهُ.
وَ الرَّابِعُ؛ qiyasi amillərin dördüncüsü; الصِّفَةُ الْمُشَبَّةُ, sifət-i müşəbbəhədir. فَهِيَ o sifət-i müşəbbəhə ki; تَعْمَلُ عَمَلَ فِعْلِهَا öz fiilinin əməli kimi əməl edir. Yəni sifət-i müşəbbəhə, özündən törədilən lazımi fiil kimi, faili ref edir, amma mefulun bih sarihi nasb edə bilmir. بِالشُّرُوطِ bu sifət-i müşəbbəhənin fiili kimi əməl etməsinin şərtləri var, الْمُعْتَبَرَةِ etibar olunan, فِي اسْمِ الْفَاعِلِ ismi faildə, غَيْرَ o şərtlərdən kənardır, مَعْنَى الْحَالِ hal mənası, وَ الْاِسْتِقْبَالِ gələcək mənası. فَإِنَّهُ hal və gələcək mənası; لاَ يُشْتَرَطُ şərt deyil, فِي عَمَلِهَا sifət-i müşəbbəhənin əməl etməsi barədə. نَحْوُ; misal belədir; زَيْدٌ حَسَنٌ وَجْهُهُ "Zeyd, üzü gözəl olandır" kimi.
Mətnin Ümumi Mənası; Qiyasi amillərin dördüncüsü "sifət-i müşəbbəhə"dir. Bu da ismi faildə etibar olunan şərtlərlə fiilin əməli kimi əməl edir. Yalnız hal və gələcək mənaları istisnadır. Hal və gələcək mənaları sifət-i müşəbbəhənin əməlində şərt edilməmişdir. Misal; زَيْدٌ حَسَنٌ وَ وَجْهُهُ kimi.
زَيْدٌ mübtədadır, حَسَنٌ sözü زَيْدٌ sözünün xəbəri və sifət-i müşəbbəhədir və وَجْهُهُ isə حَسَنٌ sözünün failidir. حَسَنٌ kimi mübtədəyə xəbər olan və lazımi (beşinci bab) fiillərdən olan və "sifət-i müşəbbəhə" adlandırılan bu sözlər həm leksik, həm də semantik olaraq ismi failə bənzəyir. Leksik bənzərliyi; ismi fail kimi təsniyə, cəm, mükəssər və müənnəs gəlməsi üçündür. Semantik bənzərliyi; ismi fail kimi fiil özü ilə kaim olan zatı ifadə etdiyi üçündür. Sifət-i müşəbbəhə, özündən törədilən lazımi fiilin əməli kimi əməl edir. Əməl baxımından fiil üzərində əlavədir. Bəzən sifət-i müşəbbəhə faili zahirini mefule bənzədərək nasb edir, amma fiili nasb edə bilmir.
Sifət-i müşəbbəhənin əməl etmə şərti 3-dür; kiçik olmamalı, məvsuf olmamalı, bu beş şeydən birinə istinad etməlidir: mübtəda, məvsuf, zilhal, nefy hərfi və istifham. Hal və gələcək mənaları sifət-i müşəbbəhənin əməlində şərt edilməmişdir. Bunun səbəbi sifət-i müşəbbəhənin sabitlik və davamlılıq (o anda davam etmək) mənasında olub, zaman tələb edən hadisə mənasında olmamasıdır.
Bir Faydə; Sifət-i müşəbbəhənin mamulunda bir çox variant təsəvvür olunur. زَيْدٌ حَسَنٌ وَجْهُهُ tərkibinə əsasən; Sifət-i müşəbbəhə ya elif-lam ilə müəyyən olur اَلْحَسَنُ kimi, ya elif-lamdan təcrid edilir حَسَنٌ kimi. Bu ikisinin hər birində mamulu ya muzaf olur وَجْهُهُ kimi, ya elif-lam ilə müəyyən olur اَلْوَجْهُ kimi, ya izafət və elif-lamdan təcrid olunur وَجْهٌ kimi. Sifət-i müşəbbəhənin mamulu وَجْهُهُ ikən bu variantlar ola bilər, وَجْهَهُ və وَجْهِهِ şəklində də ola bilər.