2. İsm-i fail
وَ الثَّانِى؛ اِسْمُ الْفَاعِلِ، فَهُوَ يَعْمَلُ عَمَلَ فِعْلِهِ الْمَعْلُومِ.
وَ الثَّانِى qiyasi amillərin ikincisi; اِسْمُ الْفَاعِلِ ism-i faildir. فَهُوَ o ism-i fail, يَعْمَلُ əməl edir, عَمَلَ فِعْلِهِ الْمَعْلُومِ məlum felinin əməli ilə əməl edir. Yəni ism-i fail, özündən götürüldüyü məlum olan muzari fel kimi əməl edir. Məlum muzari fel lazım fel olarsa, ondan götürülən ism-i fail də lazım fel kimi faili ref edir, mefulün bih sarihi nasb edə bilmir. Məlum muzari fel bir, iki və ya üç mefulə mütəaddi olarsa, ondan götürülən ism-i fail də bir, iki və ya üç mefulə mütəaddi olur.
Mətnin Ümumi Mənası; Qiyasi amilin ikincisi İsm-i Faildir. İsm-i fail, məlum olan felinin əməli ilə əməl edir. Bu o deməkdir ki; Yəni məlum muzari fel kimi əməl edir. Misallar; مَا يَخْرُجُ زَيْدٌ “Zeyd çıxmır” deməkdir, مَا خَارِجٌ زَيْدٌ “Zeyd çıxıcı deyil” deməkdir. مَا يَضْرِبُ زَيْدٌ عَمْرًا “Zeyd, Amra vurmur” deməkdir, مَا ضَارِبٌ زَيْدٌ عَمْرًا “Zeyd, Amra vurucu deyil” deməkdir. مَا يُعْطِى زَيْدٌ عَمْرًا دِرْهَمًا “Zeyd, Amra dirhəm vermir” deməkdir, مَا مُعْطٍ زَيْدٌ عَمْرًا دِرْهَمًا “Zeyd, Amra dirhəm verici deyil” deməkdir. مَا يُعْلِمُ زَيْدٌ عَمْرًا بَكْرًا فَاضِلاً “Zeyd, Amra Bəkrin fəzilətli olduğunu bildirmir” deməkdir, مَا مُعْلِمٌ زَيْدٌ عَمْرًا بَكْرًا فَاضِلاً “Zeyd, Amra Bəkrin fəzilətli olduğunu bildirici deyil” deməkdir.
| Muzari Fel | İsm-i Fail |
| يَخْرُجُ | خَارِجٌ |
| يَضْرِبُ | ضَارِبٌ |
| يُعْطِى | مُعْطِىٌّ |
| يَعْلَمُ | مُعْلِمٌ |