Naqis fellər 3

وَ الْقِسْمُ الثَّانِى؛ İkinci qism – mənası yaxınlıq (müqarebə) olan və Ef'al-i Müqarebə adlanan naqis fellərdir. Bu fellərin xəbəri yalnız müzari (indiki zaman) fel olur, məsələn: عَسَى.

وَ الْقِسْمُ الثَّانِى؛ Yəni naqis fellərin iki qismindən ikincisi, elə naqis fildir ki, mənası yaxınlıq (müqarebə) üzərindədir və Ef'al-i Müqarebə adlanır. Müqarebə mənasında olan naqis fellərin xəbəri yalnız müzari fel olur. Məsələn: عَسَى – "ümid edilir ki, bəlkə" naqis fildir.

Mətndən ümumi məna; Naqis fellərin ikinci qismi müqarebə mənası üzərində olan fellərdir və bu fellər Ef'al-i Müqarebə adlanır. Bu müqarebə mənasında olan naqis fellərin xəbəri yalnız müzari fel olur. Məsələn: عَسَى زَيْدٌ أَنْ يَغْفِرَ – "Ümid edilir ki, Zeyd bağışlayar" kimi.

🤖 AI Köməkçi
📜 Söhbət tarixçəsi
📚 › Naqis fellər 3
🎓
Xoş gəldiniz! Sual soruşun!