Naqis fel və xəbəri haqqında

وَ يَجُوزُ تَقْدِيمُ اَخْبَارِهَا عَلَى اَنْفُسِهَا إِلاَّ مَا فِي أَوَّلِهِ مَا فَلاَ يَجُوزُ، نَحْوُ؛ قَائِمًا مَازَالَ زَيْدٌ وَ كَذَا إِنْ بُدِّلَ مَا بِإِنْ النَّافِيَةِ وَ أَمَّا إِنْ بُدِّلَ بِلَمْ وَ لَنْ فَيَجُوزُ، نَحْوُ؛ قَائِمًا لَمْ يَزَلْ زَيْدٌ.

وَ يَجُوزُ və caizdir, تَقْدِيمُ اَخْبَارِهَا onun (nakis feilərin) xəbərlərinin qabağa çəkilməsi, önə keçməsi; عَلَى اَنْفُسِهَا onun (nakis feilərin) özünün üzərinə. Misal; كَانَ زَيْدٌ عَالِمًل "Zeyd alim oldu" cümləsindəki xəbəri, yəni عَالِمًل sözünü, nakis feilin yəni كَانَ sözünün önünə gətirmək caizdir; عَالِمًا كَانَ زَيْدٌ kimi. إِلاَّ ancaq istisna olaraq; مَا elə bir nakis feildir ki; فِي أَوَّلِهِ öz əvvəlindədir, o da مَا ma-i nafiye və masdariyyedir. Yəni مَادَامَ və مَازَالَ nakis feillərinin xəbərləri öz önünə keçə bilməz. فَلاَ يَجُوزُ bu caiz deyil, نَحْوُ misalı belədir; قَائِمًا مَازَالَ زَيْدٌ orta mənası "Zeyd ayaqda davamlı oldu" demək xoş deyil. Daha doğrusu və olmalı olanı مَازَالَ زَيْدٌ قَائِمًا şəklindədir. وَ كَذَا və eyni şəkildə, nakis feilin xəbərinin nakis feilin önünə keçməsi caiz deyil; إِنْ əgər, بُدِّلَ dəyişdirilərsə, مَا "ma" nefy sözü, بِإِنْ yəni إِنْ ilə dəyişdirilərsə, elə İN ki النَّافِيَةِ  nefyedici olan. وَ أَمَّا və gəldikdə, إِنْ əgər, بُدِّلَ dəyişdirilərsə, بِلَمْ yəni لَمْ ilə və لَنْ ilə dəyişdirilərsə, فَيَجُوزُ o zaman nakis feillərin xəbəri nakis feillərin önünə keçə bilər. Bu hal caizdir. نَحْوُ misalı belədir; قَائِمًا لَمْ يَزَلْ زَيْدٌ "Zeyd davamlı ayaqda oldu, durdu" kimi. Göründüyü kimi, mâ-nın yerinə lem və ya len edatları gələrsə, nakis feilin xəbəri özünün önünə keçə bilər.

Mətnin Ümumi Mənası; Nakis feillərin xəbərləri nakis feillərin önünə keçə bilər. Ancaq əvvəlində مَا sözü olarsa caiz deyil. Buna misal; قَائِمًا مَازَالَ زَيْدٌ cümləsidir. Eyni şəkildə مَا sözü nefyedici إِنْ ilə dəyişdirilərsə nakis feillərin xəbərlərinin nakis feilin önünə keçməsi caiz deyil. Misal; إِنْ قَائِمًا زَالَ زَيْدٌ demək caiz deyil. Əgər nefyedici مَا sözünün yerinə لَمْ və لَنْ edatları gələrsə, o zaman nakis feillərin xəbərləri nakis feillərin önünə keçə bilər. Buna misal; قَائِمًا لَمْ يَزَلْ زَيْدٌ kimidir.

🤖 AI Köməkçi
📜 Söhbət tarixçəsi
📚 › Naqis fel və xəbəri haqqında
🎓
Xoş gəldiniz! Sual soruşun!