Taliq
وَ أَمَّا التَّعَلُّقُ بِكَلِمَةِ الإِسْتِفْهَامِ أَوِ النَّفْىِ أَوْ لاَمُ الإبْتِدَاءِ أَوِ القَسَمِ أَوْ إِنَّ المَكْسُورَةِ، إِذَا دَخَلَ فِي خَبَرِهَا لاَمُ الإبْتِدَاءِ أَيْ إِبْطَالُ العَمَلِ على سَبِيلِ الوُجُوبِ لَفْظًا، لا مَعْنًى. فَيَعُمُّ هَذِهِ الأفْعَالَ، نحو؛ عَلِمْتُ أَ زَيْدٌ عِنْدَكَ أَمْ عَمْرٌو؟ وَ رَأَيْتُ مَا زَيْدٌ مُنْطَلِقٌ، وَ وَجَدْتُ لَزَيْدٌ مُنْطَلِقٌ، وَ عَلِمْتُ إِنَّ زَيْدًا لَقَائِمٌ. وَ كُلُّ فِعْلٍ قَلْبِيٍّ غَيْرِهَا، نحو؛ شَكَكْتُ وَ نَسِيتُ وَ تَبَيَّنْتُ وَ كُلُّ فِعْلٍ يُطْلَبُ بِهِ العِلْمُ، نحو؛ إِمْتَحَنْتُ وَ سَأَلْتُ وَ مِنْهُ أَفْعَالُ الحَوَاسِّ الخَمْسِ، كَلَمَسْتُ وَ أَبْصَرْتُ وَ سَمِعْتُ وَ شَمَمْتُ وَ ذُقْتُ.
وَ أَمَّا التَّعَلُّقُ talik işinə gəldikdə, بِكَلِمَةِ الإِسْتِفْهَامِ yəni istifham kəlməsi ilə olan talikə gəldikdə; أَوِ və ya, النَّفْىِ nefy kəlməsi ilə olan talikə, أَوْ لاَمُ الإبْتِدَاءِ və ya lamul ibtida ilə olan talikə, أَوِ القَسَمِ və ya kasem (yəni yemin, lamul kasem ilə) olan, أَوْ إِنَّ المَكْسُورَةِ və ya inne-i maksura ilə olan talikə gəldikdə; إِذَا دَخَلَ daxil olduqda, فِي خَبَرِهَا xəbərinə (elif nun maddəsinin xəbərinə), لاَمُ الإبْتِدَاءِ lamul ibtida, أَيْ yəni, qeyd olunan kəlmələrlə olan talik işi; إِبْطَالُ العَمَلِ əməli ləğv etmək (qalb fiillərinin nasb etmə əməlini ləğv), على سَبِيلِ الوُجُوبِ vacib olan yol üzrə, nə baxımdan? لَفْظًا ləfz baxımından, لا مَعْنًى məna baxımından deyil. فَ qeyd olunan kəlmələrlə olan talik işinə gəldikdə; يَعُمُّ şamil olur, ümum olur; هَذِهِ الأفْعَالَ bu qalb fiillərinə; نحو qeyd olunan kəlmələrlə talik işi ediləndə aşağıdakı fiillər ümumi fiillər olur, onlar; عَلِمْتُ أَ زَيْدٌ عِنْدَكَ أَمْ عَمْرٌو? “Zeyd sənin yanında mı, yoxsa Amrın yanında mı bildim” ifadəsindəki عَلِمَ fiilidir. Bu عَلِمَ fiili talik olunub. 2. Misal; وَ رَأَيْتُ مَا زَيْدٌ مُنْطَلِقٌ “Zeydin getmədiyini bildim (gördüm, anladım)” kimi. Burada isə رَأَى fiili talik olunub. 3. Misal; وَ وَجَدْتُ لَزَيْدٌ مُنْطَلِقٌ “Zeydin gedici olduğunu bildim” kimi. Burada isə وَجَدَ fiili talik olunub. 4. Misal; وَ عَلِمْتُ إِنَّ زَيْدًا لَقَائِمٌ “Zeydin mütləq ayaqda olduğunu bildim” kimi. Burada isə عَلِمَ fiili talik olunub. وَ كُلُّ فِعْلٍ və hər fiil; elə fiil ki قَلْبِيٍّ qalbi olan hər fiil, غَيْرِهَا qeyd olunanlardan başqa olan, نحو misal; شَكَكْتُ “şübhə etdim” və نَسِيتُ “unutdum” və تَبَيَّنْتُ “anladım” kimi fiillər də qalbidir. Və elə fiillər də qalb fiilidir ki o fiillər; وَ كُلُّ فِعْلٍ يُطْلَبُ بِهِ العِلْمُ bir şeyi bilməyi tələb etməyə yönəlmiş fiillərdir. نحو misal; إِمْتَحَنْتُ “imtahan etdim” və سَأَلْتُ “soruşdum” kimi. وَ مِنْهُ və onlardandır, yəni özü ilə bir şeyi bilməyi tələb etməyə yönəlmiş və qalb fiillərindən sayılan fiillər, onlar; أَفْعَالُ الحَوَاسِّ الخَمْسِ beş duyğu fiilləridir. كَ kimi, لَمَسْتُ “toxundum” və أَبْصَرْتُ “gördüm” və سَمِعْتُ “eşitdim” və شَمَمْتُ “iylədim” və ذُقْتُ “dadına baxdım” fiilləridir.
Mətnin Ümumi Mənası; Talik: Ləfzən əməli ləğv edib, mənən əməl etməyə deyilir. İstifham kəlməsi ilə (yəni mübtəda və xəbər üzərinə daxil olan istifham kəlməsi ilə) və ya nefy kəlməsi ilə (mübtəda və xəbər üzərinə daxil olan مَا və لَا və إِنْ hərflərindən biri ilə) və ya ibtida lamı ilə və ya kasem lamı ilə və ya hurufun müşebbehetün bilfiil olan إِنَّ kimi edatlarla və ya إِنَّ kimi edatların xəbərinə daxil olan lamul ibtida ilə edilən talikə gəldikdə; məna baxımından deyil, ləfz baxımından vacib olan yol üzrə əməl ləğv edilir. Yəni qalb fiillərinin nasb etmə xüsusiyyəti ləfzən ləğv olunur, amma mənən eyni qalır. "Talik işi, həm mübtəda və xəbər üzərinə daxil olan qeyd olunan qalb fiillərinə, həm bunlardan başqa olan hadisə qalb işə kaim olan digər fiillərə, özü ilə bilmək mənası məqsəd olunan fiillərə şamildir." Ləğv işi yalnız mübtəda və xəbər üzərinə müxtəlif yerlərdə daxil olan qalb fiillərinə aiddir. Yəni qısaca bu talik, qalb fiilinin əməlini ləfzən ləğv edir, mənən ləğv etmir. Qeyd etdiyimiz kəlmələrlə olan talik işi; veriləcək olan nümunələrdəki fiillərə şamil olur.
| عَمْرٌو؟ | أَمْ | عِنْدَكَ | أَ زَيْدٌ | عَلِمْتُ |
| Amr mı? | yoxsa | Yanında | Zeyd mi? | bildim |
| Yanında Zeydin mi, yoxsa Amrın mı olduğunu bildim | ||||
عَلِمَ fiildir və تُ onun failidir. Fiil, faili ilə birlikdə fiil cümləsidir. أَ istifham hərflərindəndir. زَيْدٌ mübtədadır. عِنْدَكَ zarf-ı müstəkardır və mahallen mərfudur və mübtəda olan زَيْدٌ kəlməsinin xəbəridir. أَمْ atıf hərfidir. عَمْرٌو isə زَيْدٌ üzərinə matuf bir kəlmədir. أَ زَيْدٌ عِنْدَكَ أَمْ عَمْرٌو? cümləsi, qalb fiili olan عَلِمَ fiilinin iki mefulu yerinə kaimdir. Buradakı qalb fiili olan عَلِمَ fiili, istifham həmzəsi səbəbilə talik olunub.
| مُنْطَلِقٌ | زَيْدٌ | مَا | رَأَيْتُ |
| gedici | Zeyd | ma-i nafiye | gördüm |
| Zeydin getmədiyini bildim | |||
رَأَى keçmiş zaman felidir və تُ onun faili (icraçısı)dır. Fel və fail birlikdə fel cümləsidir və irabdan məhalli yoxdur. مَا inkar hərflərindəndir. زَيْدٌ mübtəda, مُنْطَلِقٌ isə onun xəbəridir. مَا زَيْدٌ مُنْطَلِقٌ cümləsi رَأَى qəlb felinin iki məfulu yerinə keçir. رَأَى feli, ma-i nafiye səbəbindən təliq edilmişdir.
| مُنْطَلِقٌ | لَزَيْدٌ | وَجَدْتُ |
| gedicidir | Mütləq Zeyd | Bildim |
| Zeydin mütləq gedici olduğunu bildim | ||
وَجَدَ sözü keçmiş zaman felidir və تُ onun failidir. Fel və fail birlikdə fel cümləsidir və irabdan məhalli yoxdur. لَ lam-ı ibtidaiyyədir. زَيْدٌ sözü mübtəda, مُنْطَلِقٌ onun xəbəridir. لَزَيْدٌ مُنْطَلِقٌ cümləsi وَجَدَ qəlb felinin iki məfulu yerinə keçir və lamul ibtida وَجَدَ qəlb felinin təliq edilməsinə səbəb olur.
| لَقَائِمٌ | زَيْدًا | إِنَّ | عَلِمْتُ |
| Mütləq ayaqdadır | Zeyd | Mütləq ki | |
| Zeydin mütləq ayaqda olduğunu bildim | |||
عَلِمَ felidir və تُ onun failidir. Fel və fail birlikdə fel cümləsidir. إِنَّ hurufun müşəbbəhə bilfelidir. زَيْدًا ifadəsi إِنَّ ‘nin ismi, قَائِم sözü isə xəbəridir. لَ lamul ibtidaiyyədir. عَلِمَ felinin təliq edilmə səbəbi lamul ibtidaiyyədir.
Və qeyd edilənlərdən başqa hər bir qəlb felinə də təliq əməli tətbiq olunur. Bu fellər شَكَكْتُ "şübhə etdim", نَسِيتُ "unutdum" və تَبَيَّنْتُ "anladım" kimi fellərdir.
| Şübhə etdim, Zeyd ayaqdadırmı? | شَكَكْتُ أَ زَيْدٌ قَائِمٌ |
| Unutdum, Zeyd hazırdırmı? | نَسِيتُ هَلْ زَيْدٌ خَاضِرٌ |
| Harada oturduğunu anladım | تَبَيَّنْتُ أَيْنَ جُلُوسُكَ |
Və həmçinin hadis mənası bilmək üzrə olan, bir şeyi bilməyi tələb edən fellərə də təliq əməli tətbiq olunur. Bu fellər; إِمْتَحَنْتُ "imtahan etdim" və سَأَلْتُ "soruşdum" kimi fellərdir.
| İmtahan edib bildim, Zeyd cahil deyil. | إِمْتَحَنْتُ مَا زَيْدٌ جَاهِلٌ |
| Soruşdum, Zeyd hazırdırmı? | سَأَلْتُ هَلْ زَيْدٌ خَاضِرٌ |
Və həmçinin 5 duyğu felləri təliq olunan qəlb fellərindən sayılır. Bu fellər; لَمَسْتُ "toxundum", أَبْصَرْتُ "gördüm", سَمِعْتُ "eşitdim", شَمَمْتُ "iylədim", ذُقْتُ "dadına baxdım" felləridir.
| Toxundum, o yumşaqdırmı yoxsa sərtdir? | لَمَسْتُ أَ هُوَ لَيِّنٌ أًمْ خَشِنٌ |
| Gördüm, Zeyd ayaqda deyil. | أَبْصَرْتُ مَا زيْدٌ قَائِمٌ |
| Eşitdim, Zeydin səsi çirkin deyil. | سَمِعْتُ مَا صَوْتُ زَيْدٍ كَرِيهٌ |
| İylədim, o gözəldirmi? | شَمَمْتُ أ هُوَ طَيِّبٌ |
| Dadına baxdım, o şirindirmi? | ذُقْتُ أً هُوَ حُلْوٌ |