Qəlb felləri haqqında

وَ مِنْهَا جَوَازُ أَنْ يَكُونَ فَاعِلُهَا وَ مَفْعُولُهَا ضَمِيرَيْنِ مُتَّصِلَيْنِ مُتَّحِدَىِ المَعْنَى، نحو؛ عَلِمْتُنِى قَائِمًا وَ حُمِلَ عَدِمَ وَ فَقَدَ فِي هَذَا الجَوَازِ عَلَى وَجَدَ وَ مِنْهَا جَوَازُ دُخُولِ أَنَّ عَلَى مَعْمُولَيْهَا، نحو؛ عَلِمْتُ أَنَّ زُيْدًا قَائِمٌ.

وَ مِنْهَا və ondan (qəlb fellərinin xüsusiyyətindən), جَوَازُ caiz olması, أَنْ يَكُونَ فَاعِلُهَا qəlb fellərinin failinin olmasının, وَ مَفْعُولُهَا qəlb fellərinin mefulunun olmasının (nə olması?), ضَمِيرَيْنِ iki zamir olması, مُتَّصِلَيْنِ bitişik (muttasil), مُتَّحِدَىِ المَعْنَى mənaları bir olan, eyni olan. Misal; عَلِمْتُنِى قَائِمًا "Özümü ayağa qalxan bildim" kimi. وَ حُمِلَ hamledildi, عَدِمَ itirdi, وَ فَقَدَ və itirdi (bəzən mənbəyi itən kitablara mefkud deyilir, yəni itmiş mənasında), فِي هَذَا الجَوَازِ bu caiz olma məsələsində, عَلَى وَجَدَ qəlb fellərindən olan وَجَدَ feli üzərində. وَ مِنْهَا və yenə qəlb fellərinin xüsusiyyətindəndir; جَوَازُ دُخُولِ daxil olmasının caiz olması, nəyin? أَنَّ enne ədatının, hurufun müşebbehetun bilfiil olan ədat. عَلَى مَعْمُولَيْهَا iki mamul (mübtəda və xəbər / yəni iki meful) üzərinə, Misal; عَلِمْتُ أَنَّ زُيْدًا قَائِمٌ "Zeydin mütləq ayaqda olduğunu bildim" kimi.

Mətnin Ümumi Mənası; Qəlb fellərinin bir xüsusiyyəti də; failinin və mefulunun eyni mənada olan bitişik zamir olmasıdır. Buna misal; عَلِمْتُنِى قَائِمًا "Özümü ayağa qalxan bildim" kimi.

قَائِمًا عَلِمْتُنِى
Meful Fel + Fail
عَلِمْتُنِى ifadəsindəki تُ zamiri, عَلِمَ felinin failidir. نِ nun hərfi isə; nun-u vikaye’dir. Felin son hərfini cərrə bənzər kəsrədən qorumaq üçün gətirilən bir hərfdir. Sondakı ي ya hərfi isə mütəkəllim ya’sı olub, qəlb feli olan عَلِمْتُ felinin 1-ci mefuludur. قَائِمًا kəlməsi isə, qəlb feli olan عَلِمْتُ felinin 2-ci mefuludur. عَلِمْتُنِى قَائِمًا tərkibində عَلِمَ felinin faili ilə 1-ci mefulu (

Klassik Ərəb Dili Dərsləri © 2026

🤖 AI Köməkçi
📜 Söhbət tarixçəsi
📚 › Qəlb felləri haqqında
🎓
Xoş gəldiniz! Sual soruşun!