Qəlb fellərinə mülhəq olanlar

وَ القِسْمُ الثَّالِثُ أَفْعَالٌ مُلْحَقَةٌ بِأَفْعَالِ القُلُوبِ فِي مُجَرَّدِ الدُّخُولِ على المُبْتَدَأِ وَ الخَبَرِ وَ عَدَمِ جَوَازِ حَذْفِهِمَا مَعًا أَوْ حَذْفِ أَحْدِهِمَا فَقَطْ. بِلَا قَرِينَةٍ وَ قِلَّةِ حَذْفِ أَحْدِهِمَا فَقَطْ بِهَا، نحو؛ صَيَّرَ وَ جَعَلَ وَ تَرَكَ وَ إِتَّخَذَ.

وَ القِسْمُ الثَّالِثُ üçüncü hissə (iki mef'ula keçən fellərin 3-cü hissəsi); أَفْعَالٌ مُلْحَقَةٌ əlavə olunmuş fellərdir, بِأَفْعَالِ القُلُوبِ qəlb felləri ilə, فِي مُجَرَّدِ الدُّخُولِ yalnız daxil olmaq baxımından, على المُبْتَدَأِ وَ الخَبَرِ mübtəda və xəbər üzərinə, وَ عَدَمِ جَوَازِ və icazə verilməməsi baxımından, حَذْفِهِمَا onların ikisinin (qəlb fellərinin mübtəda və xəbəri), مَعًا hər ikisinin, أَوْ حَذْفِ أَحْدِهِمَا və ya ikisindən birinin hazfi, فَقَط yalnız. بِلَا قَرِينَةٍ hazf olunan mef'ullara dair dəlil olmadan, وَ قِلَّةِ və az olması, حَذْفِ أَحْدِهِمَا ikisindən birinin hazfi, فَقَط yalnız, بِهَا onunla (dəlillə). Misal; صَيَّرَ "etdi" və جَعَلَ "etdi" və تَرَكَ "tərk etdi" və إِتَّخَذَ "aldı" kimi.

Mətnin Ümumi Mənası; İki mef'ula keçən fellərin 3-cü hissəsi; Qəlb fellərinə əlavə olunan fellərdir. Bu fellər yalnız mübtəda və xəbər üzərinə daxil olmaq baxımından və iki mef'ulun birlikdə dəlilsiz hazf edilməsinə icazə verilməməsi və ya ikisindən birinin dəlilsiz hazf edilməsinə icazə verilməməsi və iki mef'uldan birinin dəlillə hazf edilməsinin az olması ilə qəlb fellərinə əlavə olunmuş fellərdir.

إِتَّخَذَ تَرَكَ جَعَلَ صَيَّر
Aldı Tərk etdi Etdi Etdi
🤖 AI Köməkçi
📜 Söhbət tarixçəsi
📚 › Qəlb fellərinə mülhəq olanlar
🎓
Xoş gəldiniz! Sual soruşun!