İn-i Şərtiyənin Gizliliyi
وَ يَجُوزُ إِضْمَارُ إِنْ خَاصَّةً فَيَنْجَزِمُ المضارعُ بِهَا، نحو؛ زُرْنِى أُكْرِمْكَ
وَ يَجُوزُ və caizdir, إِضْمَارُ gizlədilməsi, إِنْ kəlməsinin, خَاصَّةً xüsusilə, xüsusi olaraq, فَيَنْجَزِمُ beləliklə cəzm edər, المضارعُ muzari felini, بِهَا onunla, yəni gizli olan إِنْ kəlməsi ilə. Misal; زُرْنِى أُكْرِمْكَ “Məni ziyarət et ki, sənə ikram edim” kimidir. زُرْنِى أُكْرِمْكَ tərkibinin əsli; زُرْنِى، إِنْ تَزُرْنِى أُكْرِمْكَ ‘dir. إِنْ kəlməsi ilə birlikdə, şərt feli olan تَزُرْنِى hazf edilmişdir. İN kəlməsi hazf edildikdən sonra, gizli olaraq cəza felini cəzm etmişdir.
Mətnin Ümumi Mənası: İn kəlməsinin xüsusi olaraq gizlədilməsi caizdir. O gizli in kəlməsi muzariyi cəzm edər. Misal; زُرْنِى أُكْرِمْكَ "Məni ziyarət etsən sənə ikram edərəm" kimi.