Əlif-Nun Maddəsinin Cəvazən Kəsrə və ya Fəthələndiyi Yerlər
وَ حَيْثُ جَازَ التَّقْدِيرَانِ، جَازَ الْأَمْرَانِ، كَـألَّتِي وَقَعَتْ بَعْدَ فَاءِ الْجَزَاءِ، نَحْوُ: مَنْ يُكْرِمْنِى فَأَنِّى أُكْرِمُهُ. فَإِنْ كُسِرَتْ فَالْمَعْنَى، فَأَنَا أُكْرِمُهُ. وَ إنْ فُتِحَتْ فَالْمَعْنَى فَإِكْرَامِى إِيَّاهُ ثَابِتٌ.
و حيث hansı tərkibdə, جاز caiz olarsa, التقديران o iki təqdir (yəni elif nun maddəsinin mamulləri ilə birlikdə, cümlə və müfrəd olaraq təqdir edilməsinin caiz olduğu tərkibdə جاز caiz olur; الأمران o iki şey, yəni kəsrəli və ya fəthəli olması. كـألتي onun kimi ki; وقعت vaki oldu, بعد فاء الجزاء fa-i cəzaənin sonrasında. Yəni fa-i cəzaədən sonra gələn elif nun maddəsi fəthəli də olur, kəsrəli də. Buna misal; من يُكْرِمْنِى فَأَنِّى أُكْرِمُهُ "Kim mənə ikram edərsə, mütləq mən də ona ikram edərəm" İzaha gəldikdə: فإِنَّ əgər ki, fa-i cəzaədən sonrakı elif nun maddəsi كُسِرَتْ kəsrələnərsə; فالمعنى elə mana (yəni elif nun maddəsindən sonrakı mana), فأنا أُكْرِمُهُ "Elə isə mən ona ikram edərəm" olur. و إنْ Əgər, فُتِحَتْ fa-i cəzaədən sonrakı elif nun fəthələnərsə, فالمعنى elif nun maddəsindən sonrakı mana, فإكْرَامِى إياه ثابتٌ "Mənim ona ikramım sabitdir" şəklində olur. Fa-i cəzaə kimi, إِذْ 'i fücaiyyədən sonra vaki olan elif nun maddəsinin kəsrələnməsi də fəthələnməsi də vacibdir. Misal; خَرَجْتُ فَإِذَا أَنَّ زَيْدًا بِالبَابِ "(evdən) çıxdım, birdən (gördüm ki) Zeyd qapıdadır" kimi.
Mətnin Ümumi Mənası: İki təqdirin caiz olduğu yerdə iki vəch də caiz olur. Fa-i cəzaədən sonra gələn elif-nun maddəsi kimi. Misal; من يُكْرِمْنِى فَأَنِّى أُكْرِمُهُ "Kim mənə ikram edərsə, mütləq mən də ona ikram edərəm" kimi. Əgər elif-nun maddəsini kəsrələsək mana "kim mənə yardım edərsə mən də ona edərəm" olur. Əgər elif-nun maddəsini fəthələsək mana "kim mənə yardım edərsə mənim ona ikramım sabit olur" şəklində olur.