وَ الرَّابِعُ لاَ يَكُونُ إِلاَّ نَاقِصُ الْاِعْرَابِ وَ هُوَ الْفِعْلُ الْمُضَارِعُ ألَّذِى يَتَّصِلُ بِآخِرِهِ ضَمِيرٌ غَيْرُ النُّونِ، فَرَفْعُهُ بِالنُّونِ وَ نصْبُهُ وَ جَزْمُهُ بِحَذْفِهِمَا، نَحْوُ؛ اَلْاَوْلِيَاءُ وَ الْعُلَمَاءُ يَشْفَعَانِ يَوْمَ الْقِيَامَةِ فَنَرْجُو أَنْ يَشْفَعَا وَ لَمْ يُعْرِضَا عَنَّا
وَ الرَّابِعُ Dördüncüsü olan Huruf-u Meâl Hazifə gəldikdə; لاَ يَكُونُ olmaz, إِلاَّ نَاقِصُ الْاِعْرَابِ yalnız naqis i'rab olur, وَ هُوَ və o, yəni naqis i'rab olan huruf-u meâl hazif; الْفِعْلُ الْمُضَارِعُ muzari fildə olur, ألَّذِى o muzari fiil ki; يَتَّصِلُ birləşir; بِآخِرِهِ o muzari fiilin sonuna, ضَمِيرٌ bir zamir birləşir. غَيْرُ النُّونِ nunun xaricində. Burada bəhs olunan nun, ya təkid nunu, ya da cəmi müənnəs nunudur. Çünki bu ikisi mebnidir, düşməz, qalxmaz. فَرَفْعُهُ bu halda onun (sonuna cəmi müənnəs nunu və təkid nunu birləşməyib, merfu bir zamir birləşən muzari fiilin) ref halı; بِالنُّونِ nun ilədir. وَ نصْبُهُ وَ جَزْمُهُ nəsb və cəzm hallarında بِحَذْفِهِمَا o iki halda da nun hazf olunur. نَحْوُ bu vəziyyətə misal olaraq; اَلْاَوْلِيَاءُ وَ الْعُلَمَاءُ يَشْفَعَانِ يَوْمَ الْقِيَامَةِ فَنَرْجُو أَنْ يَشْفَعَا وَ لَمْ يُعْرِضَا عَنَّا "Evliyalar və Alimlər qiyamət günü şəfaət edərlər. Biz onların şəfaət etməsini və bizdən üz çevirməmələrini ümid edirik" kimi.
Mətnin Ümumi Mənası; Huruf-u meâl hazifə gəldikdə, naqis i'rabdan başqa i'rabı yoxdur. Sonuna cəmi müənnəs və təkid nunu xaricində merfu bir zamir birləşən muzari fiil üçün keçərlidir. Belə bir muzari fiilin ref alaməti nun ilədir. Nəsb və cəzm alamətləri isə o nun hərfinin hazfi ilə baş verir. Bu bəhs olunan muzari fiillərə
Efâl-i Hamse deyirik. Misalımıza baxaq; اَلْاَوْلِيَاءُ وَ الْعُلَمَاءُ يَشْفَعَانِ يَوْمَ الْقِيَامَةِ فَنَرْجُو أَنْ يَشْفَعَا وَ لَمْ يُعْرِضَا عَنَّا tərkibini araşdıraq. اَلْاَوْلِيَاءُ evliyalar, وَ الْعُلَمَاءُ və alimlər, يَشْفَعَانِ o ikisi şəfaət edər. يَشْفَعَانِ muzari fiildir və sonundakı elif və nun muzari fiilin təsniyəsidir. Buradakı elif fail, nun isə ref alamətidir. Amma bunu bilməliyik ki, muzari fiil ism-i failə 3 yöndən bənzəyir. İzhar kitabında bəhs olunduğu kimi. يَشْفَعَانِ muzari fiili istifadədə ism-i failə bənzədilmişdir. ŞAFİANİ mənasındadır. Davam edək; يَوْمَ الْقِيَامَةِ qiyamət günü, فَنَرْجُو bu halda biz ümid edirik, أَنْ يَشْفَعَا o ikisinin şəfaət etməsini. Burada يَشْفَعَانِ olan muzari fiil başına nəsb edən أَنْ edatı gələndə, alaməti nun hərfinin hazfi olur. وَ لَمْ يُعْرِضَا və üz çevirməmələri. Burada isə cəzm edən لَمْ edatı, normalda يُعْرِضَانِ olan muzari fiili meczum olduğu və cəzm alaməti nun hərfinin hazfi olduğu üçün sonundakı nun hərfi hazf olunur. عَنَّا bizdən. "Evliyalar və Alimlər qiyamət günü şəfaət edərlər. Biz onların şəfaət etməsini və bizdən üz çevirməmələrini ümid edirik" kimi.
| Cəzm Hali |
Nəsb Hali |
Ref Hali |
Kəlmənin |
| بِحَذْفِ النُّونِ |
بِحَذْفِ النُّونِ |
نُونٌ |
Efâl ül-Hamse |
| اَلْأَفْعَالُ الْخَمْسَةُ / Əf'ali-Xəmsə |
| Cəzm Hali |
Nəsb Hali |
Rəf Hali |
ضَمَائِرُ |
| يَنْصُرُو |
يَنْصُرُو |
يَنْصُرُونَ |
هُمْ |
| تَنْصُرُو |
تَنْصُرُو |
تَنْصُرُونَ |
أَنْتُمْ |
| تَنْصُرَا |
تَنْصُرَا |
تَنْصُرَانِ |
هُمَا |
| يَنْصُرَا |
يَنْصُرَا |
يَنْصُرَانِ |
هُمَا |
| تَنْصُرِي |
تَنْصُرِي |
تَنْصُرِينَ |
أَنْتِ |