اَلْبَابُ الثَّالِثُ فِي الْعِرَابِ. وَ هُوَ إِمَّا حَرَكَةٌ أَوْ حَرْفٌ أَوْ حَذْفٌ. وَ الْحَرَكَةُ ثَلاَثَةٌ؛ ضَمَّةٌ وَ فَتْحَةٌ وَ كَسْرَةٌ. وَ الْحَرْفُ أَرْبَعَةٌ؛ وَاوٌ وَ يَاءٌ وَ اَلِفٌ وَ نُونٌ. وَ الْحَذْفُ ثَلاَثَةٌ؛ مُخْتَصٌّ بِالْفِعْلِ حَذْفُ الْحَرَكَةِ وَ حَذْفُ الْآخِرِ وَ حَذْفُ النُّونِ. فَالْجُمْلَةُ عَشَرَةٌ. وَ أَنْوَاعُ الْمُعْرَبِ بِالْقِيَاسِ إِلَى مَا أُعْطِىَ لَهَا مِنْ هَذِهِ الْعَشَرَةِ تِسْعَةٌ، لِأَنَّ اِعْرَابَهَا إِمَّا بِالْحَرَكَةِ الْمَحْضَةِ أَوْ بِالْحُرُوفِ الْمَحْضَةِ وَ هُمَا مُخْتَصَّانِ بِالْاِسْمِ أَوْ بِالْحَرَكَةِ مَعَ الْحَذْفِ أَوْ بِالْحُرُوفِ مَعَ الْحَذْفِ وَ هُمَا مُخْتَصَّانِ بِالْفِعْلِ
اَلْبَابُ الثَّالِثُ Amillərin üçüncü babı, فِي الْعِرَابِ irab haqqındadır. وَ هُوَ və o irab, إِمَّا حَرَكَةٌ ya hərəkədir, أَوْ حَرْفٌ ya hərfdir, أَوْ حَذْفٌ ya da hazifdir, yəni silinməkdir. وَ الْحَرَكَةُ ثَلاَثَةٌ Hərəkələr 3-dür; ضَمَّةٌ dammə, وَ فَتْحَةٌ və fəthə, وَ كَسْرَةٌ və kəsrə. وَ الْحَرْفُ أَرْبَعَةٌ; Hərflər 4-dür; وَاوٌ vav, وَ يَاءٌ ya, وَ اَلِفٌ elif, وَ نُونٌ nun. وَ الْحَذْفُ ثَلاَثَةٌ Hazif 3-dür. مُخْتَصٌّ xüsusi, təxsis edilir; بِالْفِعْلِ felə məxsusdur. Bu fel, sonuna cəmi müənnəs nunu və təkid nunu birləşməyən fel-i muzariyədir. Belə olan muzari feli irabı حَذْفُ الْحَرَكَةِ hərəkənin hazifi və وَ حَذْفُ الْآخِرِ sonunun hazifi ilə olur. Sonunda təkid və cəmi müənnəs nunu olmayan muzari felin birinci irabı hərəkənin hazifi ilə لَمْ يَنْصُرْ şəklində nəvasib və cavazim vasitəsilə olur. İkinci irabı isə, əgər muzari fel naqisdirsə, yəni sonu illetlidirsə, o illet düşür. Misal; لَمْ يَغْزُ şəklindədir. Cəzm edici edat gəlmədən əvvəl muzari fel يَغْزُو idi. وَ حَذْفُ النُّونِ və üçüncü irab isə nunun hazifi ilə olur. Misal; لَمْ تَنْصُرِي və لَمَّا يَنْصُرُوا kimi. فَالْجُمْلَةُ عَشَرَةٌ. Bu sayılanların cəmi 10-dur. وَ أَنْوَاعُ الْمُعْرَبِ və murebin (irab yerinin) növləri; بِالْقِيَاسِ müqayisə ilə, baxmaqla; إِلَى مَا o irablara baxılır ki, أُعْطِىَ o irablar verilir, لَهَا ona, yəni murebin növlərinə. مِنْ هَذِهِ الْعَشَرَةِ bu 10 irab alaməti, تِسْعَةٌ, doqquz irab yerinə verilir. Yəni 10 irab alamətimiz var və biz bu 10 alaməti cəmi 9 yerdə istifadə edə bilərik. Bu 9 mureb; Müfrəd Munsarif, Cəmi Mükəssər Munsarif, Cəmi Müənnəs Salim, Qeyri-Munsarif, Əsma-i Sitte, Təsniyə – Kila və İsnani, Cəmi Müzekkər Salim – Ülü – Işrune və bənzərləri və Muzari Felində Nunun hazifi, naqis muzari felin sonundakı hərfin hazifi və Muzari Felin hərəkəsinin hazifi. لِأَنَّ اِعْرَابَهَا çünki 9 mureb yerinin irabı, إِمَّا بِالْحَرَكَةِ الْمَحْضَةِ ya sırf hərəkə ilə, أَوْ بِالْحُرُوفِ الْمَحْضَةِ ya sırf hərf ilə olur. وَ هُمَا və o ikisi, yəni sırf hərəkə və ya sırf hərf ilə olan irab, مُخْتَصَّانِ o iki hal xüsusi, بِالْاِسْمِ ismə məxsusdur. Və 9 murebin irabı أَوْ بِالْحَرَكَةِ مَعَ الْحَذْفِ hazif ilə birlikdə hərəkə ilə də olur, أَوْ بِالْحُرُوفِ مَعَ الْحَذْفِ ya hazif ilə birlikdə hərf ilə də olur. وَ هُمَا və o ikisi, yəni hazif ilə hərəkə və ya hazif ilə hərf olması; بِالْفِعْلِ felə məxsusdur.
Mətnin Ümumi Mənası; Avamil kitabı 3 əsas bölmədən ibarətdir. Üçüncü bab İrab, yəni Amil haqqındadır. İrab ya hərəkə ilə, ya hərf ilə, ya da hazif (silinmə, düşmə) ilə olur. Hərəkə ilə olan irab 3-dür: dammə, fəthə və kəsrə. Hərf ilə olan irab 4-dür: vav, ya, elif və nun. Hazif ilə olan irab 3-dür və muzari felə məxsusdur. Bu muzari fel, sonuna cəmi müənnəs nunu və təkid nunu birləşməyən muzari felədir. Belə bir muzari felin 3 hazif halı var: Muzari felin son hərəkəsinin hazifi (cəzm edicilər səbəbindən), son hərfinin hazifi (əgər muzari fel naqisdirsə, cəzm edici edatlar o illetli hərfi düşür) və muzari felin sonuna birləşən nun hərfinin hazifi. Bu sayılanların (3 hərəkə, 4 hərf, 3 hazif) cəmi 10-dur. Bu 10 irab alaməti əsasında, irab verilən yerlər (mureblik) 9-dur. Yəni biz 10 irab alamətini 9 irab yerində tətbiq edirik. Çünki bu 9 murebin (irab yerlərinin) irabı ya sırf hərəkə (hərəkə-i mahza) ilə, ya da sırf hərf (huruf-u mahza) ilə olur. Bu ikisi (yəni ya sırf hərəkə ilə, ya da sırf hərf ilə olması) ismə məxsusdur. Və ya hazif ilə hərəkə (hərəkə-i məal hazif) və ya hazif ilə hərf (huruf-u məal hazif) olur. Bu ikisi də (yəni hazif ilə hərəkə və ya hazif ilə hərf olması) felə məxsusdur.
| İrab Əlamətləri – 10 dənə |
| Damma |
Hərəkə |
| Fətha |
| Kəsrə |
| Vav |
Hərf |
| Ya |
| Əlif |
| Nun |
| Hərəkənin hazfi |
Hazf |
| Axırın hazfi |
| Nunun hazfi |
| İsminə məxsusdur |
Filə məxsusdur |
| Yalnız hərəkə ilə |
Hərəkə və hazf ilə |
| Yalnız hərf ilə |
Hərf və hazf ilə |
| Müfrəd Munsarif, |
| Cəmi Mükkəsər Munsarif |
| Qeyri-Munsarif, Əsmai Sittə |
| Cəmi Müənnəs Salim |
| Cəmi Müzekkər Salim, Ülü, İşrune və Qardaşları |
| Təsniyə, İsnani, Zamirə muzaf olan Kila |
| Axırı hərfi səhhih olduğu halda axırına zamir qoşulmayan Muzari fiil |
| Axırı hərfi İllət olduğu halda axırına zamir qoşulmayan Muzari fiil |
| Axırına Cəmi Müənnəs Nunundan başqa zamir qoşulan Muzari fiil |