Mamulu Mecrur
وَ أَمَّا الْمَجْرُورُ فَاثْنَانِ. اَلْأَوَّلُ؛ بِحَرْفِ الْجَرِّ، نَحْوُ؛ إِعْمَلْ بِإِخْلاَصٍ وَ الثَّانِى الْمَجْرُورُ بِالْإِضَافَةِ، نَحْوُ؛ ذَنْبُ الْعَبْدِ يُسَوِّدُ قَلْبَهُ
وَ أَمَّا الْمَجْرُورُ dörd hissədə (merfu, mansub, mecrur və meczum) araşdırılan və ümumilikdə 25 ədəd olan mamulü bilasale-nin üçüncü hissəsi olan mecrura gəldikdə; فَاثْنَانِ iki dənədir. اَلْأَوَّلُ birincisi; بِحَرْفِ الْجَرِّ harf-i cerr ilə mamulü mecrurdur. نَحْوُ buna misal; إِعْمَلْ بِإِخْلاَصٍ "İxlas ilə əməl et" tərkibində olduğu kimidir. وَ الثَّانِى ikincisi isə; الْمَجْرُورُ بِالْإِضَافَةِ izafət ilə (muzafun ileyh olmaqla) mecrur olma halıdır. نَحْوُ izafətə misal; ذَنْبُ الْعَبْدِ يُسَوِّدُ قَلْبَهُ "Qulun günahı ürəyini qaraldır" kimidir.
Mətnin Ümumi Mənası; dörd hissədə (merfu, mansub, mecrur və meczum) araşdırılan və ümumilikdə 25 ədəd olan mamulü bilasale-nin üçüncü hissəsi olan mecrur 2 dənədir.
Birincisi Harf-i Cerrdir. Misalı; إِعْمَلْ بِإِخْلاَصٍ tərkibindəki بِ harf-i cerridir. إِخْلاَصٍ sözünü cerr edib. İxlas sözünün mamulü mecrurdur. Harf-i Cerrlər mövzusuna baxa bilərsiniz.
İkincisi isə İzafətlə Mecrur olma halıdır. Buna misal; ذَنْبُ الْعَبْدِ يُسَوِّدُ قَلْبَهُ tərkibindəki الْعَبْدِ sözü muzafun ileyhdır və ذَنْبُ sözü isə muzaftır. Muzafun ileyh; bir şeyin ona izafə (əlavə) edilməsi deməkdir. ذَنْبُ الْعَبْد "Qulun günahı" deməkdir və Azərbaycan dilində isim birləşməsidir. ذَنْبُ sözü الْعَبْد sözünə izafə olunub.