İsm-i Meful

وَ الثَّالِثُ اِسْمُ الْمَفْعُولِ؛ فَهُوَ يَعْمَلُ عَمَلَ فِعْلِهِ الْمَجْهُولِ، نَحْوُ؛ كُلُّ تَائِبٍ مَقْبُولٌ تَوْبَتُهُ

وَ الثَّالِثُ Doqquz Qiyasi Amillərin üçüncüsü; اِسْمُ الْمَفْعُولِ; ism-i mefuldür. فَهُوَ və o meful olan isim; يَعْمَلُ əməl edir, عَمَلَ فِعْلِهِ öz felinin əməli ilə. Öz feli nədir; الْمَجْهُولِ məchul olan. Yəni məchul olan öz felinin əməli ilə əməl edir. نَحْوُ buna misal bu şəkildədir; كُلُّ تَائِبٍ مَقْبُولٌ تَوْبَتُهُ "Hər tövbə edən şəxsin tövbəsi qəbul olunur" kimidir.

Mətnin Ümumi Mənası; Doqquz qiyasi amillərin üçüncüsü İsm-i Mefuldur. Bu ism-i meful, məchul olan felinin əməli ilə əməl edir. Misal:

كُلُّ تَائِبٍ مَقْبُولٌ تَوْبَتُهُ

"Hər tövbə edən şəxsin tövbəsi qəbul olunur" ifadəsində مَقْبُولٌ sözü ism-i mefuldür.

🤖 AI Köməkçi
📜 Söhbət tarixçəsi
📚 › İsm-i Meful
🎓
Xoş gəldiniz! Sual soruşun!