Sifət-i Müşəbbəhə
وَ الرَّابِعُ الصِّفَةُ الْمَشَبَّهَةُ؛ فَهِيَ أَيْضًا تَعْمَلُ عَمَلَ فِعْلِهَا، نَحْوُ؛ اَلْعِبَادَةُ حَسَنٌ ثَوَابُهُا وَ الْمَعْصِيَةُ قَبِيحٌ عَذَابُهُا
وَ الرَّابِعُ Doqquz qiyasi amillərin dördüncüsü; الصِّفَةُ الْمَشَبَّهَةُ sifət-i müşəbbəhədir. فَهِيَ bu (yəni o) sifət-i müşəbbəhə; أَيْضًا əvvəlki ilə (ism-i fail kimi öz felinin əməli ilə əməl edir) eynidir. تَعْمَلُ əməl edir (الصِّفَةُ الْمَشَبَّهَةُ sözünün sonunda ta-i müənnəs olduğuna görə, فَهُوَ əvəzinə فَهِيَ və يَعْمَلُ əvəzinə تَعْمَلُ və فِعْلِهِ əvəzinə فِعْلِهَا istifadə olunmuşdur. Diqqətinizdən qaçmasın). عَمَلَ فِعْلِهَا öz felinin əməli ilə əməl edir. نَحْوُ misalı belədir; اَلْعِبَادَةُ حَسَنٌ ثَوَابُهُا وَ الْمَعْصِيَةُ قَبِيحٌ عَذَابُهُا "İbadət; savabı gözəl olandır və Mə'siyyət (çirkin işlər) cəzası çirkin olandır" kimidir.
Mətnin Ümumi Mənası; Doqquz Qiyasi Amillərin dördüncüsü Sifət-i Müşəbbəhədir. Bu sifət-i müşəbbəhə, əvvəlki ism-i fail kimi öz felinin əməli ilə əməl edir. Buna misal;
اَلْعِبَادَةُ حَسَنٌ ثَوَابُهُا وَ الْمَعْصِيَةُ قَبِيحٌ عَذَابُهُا
"İbadət; savabı gözəl olandır və Mə'siyyət (çirkin işlər) cəzası çirkin olandır" kimidir.
| ثَوَابُهُا | حَسَنٌ | اَلْعِبَادَةُ |
| savabı | gözəldir | İbadət |
| “İbadət; savabı gözəl olandır” cümləsində حَسَنٌ sözləri sifət-i müşəbbəhdir. |
| عَذَابُهُا | قَبِيحٌ | الْمَعْصِيَةُ |
| əzabı | qabihdir | Masiyət |
| “Masiyət; əzabı çirkin olandır” cümləsində قَبِيحٌ sözü sifət-i müşəbbəhdir. |