İsm-i Fail
وَ الثَّانِى، اِسْمُ الْفَاعِلِ؛ فَهُوَ يَعمَلُ عَمَلَ فِعْلِهِ الْمَعْلُومِ، نَحْوُ؛ كُلِّ حَسُودٍ مُحْرِقٌ حَسَدُهُ عَمَلَهُ
وَ الثَّانِى Doqquz Qiyasi Amillərin ikincisi; اِسْمُ الْفَاعِلِ ismi faildir. فَهُوَ o ismi fail; يَعمَلُ əməl edir, عَمَلَ فِعْلِهِ الْمَعْلُومِ məlum olan öz fiilinin əməli ilə əməl edir. نَحْوُ misalı belədir; كُلِّ حَسُودٍ مُحْرِقٌ حَسَدُهُ عَمَلَهُ. belədir. كُلِّ hər, حَسُودٍ həsəd edən, مُحْرِقٌ yandırandır, حَسَدُهُ onun həsədi, عَمَلَهُ onun (həsəd edən) əməlini yandırandır. "Hər həsəd edən şəxsin həsədi öz əməlini yandırandır" kimidir.
Mətnin Ümumi Mənası; Doqquz Qiyasi Amillərin ikincisi; ismi faildir. İsmi fail, məlum fiilinin əməli ilə əməl edir. Misal;
كُلِّ حَسُودٍ مُحْرِقٌ حَسَدُهُ عَمَلَهُ
"Hər həsəd edən şəxsin həsədi öz əməlini yandırandır"kimidir. مُحْرِقٌ (yandıran) ismi faildir, حَسَدُ fail olaraq, عَمَلَ sözünü meful etmişdir.