İf’ivval اِفْعِوَّالْ Babı

اَلْبَابُ الثَّالِثُ؛ اِفْعَوَّلَ يَفْعَوِّلُ اِفْعِوَّالاً وَ مَوْزُونُهُ؛ اِجْلَوَّذَ يَجْلَوِّذُ اِجْلِوَّاذًا وَ عَلاَمَتُهُ؛ أَنْ يَكُونَ مَاضِيهِ عَلَى سِتَّةِ أَحْرُفٍ بِزِيَادَةِ الْهَمْزَةِ فِي أَوَّلِهِ وَ الْوَاوَيْنِ بَيْنَ الْعَيْنِ وَ اللَّامِ وَ بِنَاؤُهُ؛ أَيْضًا لِمُبَالَغَةِ اللَّازِمِ. لِأَنَّهُ يُقَالُ؛ جَلَذَ الْإِبِلُ إِذَا سَارَتْ سَيْرًا سُرْعَةً فِي الْجُمْلَةِ وَ يُقَالُ؛ اِجْلَوَّذَ الْإِبِلُ إِذَا سَارَتْ سَيْرًا بِزِيَادَةِ سُرْعَةٍ

اَلْبَابُ الثَّالِثُ Dörd sülasi məzid südasi bablardan üçüncüsünün keçmişi اِفْعَوَّلَ, indiki zamanı يَفْعَوِّلُ və məstəri isə اِفْعِوَّالاً vəzinlərindən gəlir. وَ مَوْزُونُهُ Bu babın mövzunu keçmişdə اِجْلَوَّذَ, indiki zamanda يَجْلَوِّذُ və məstərdə isə اِجْلِوَّاذًا şəklindədir. وَ عَلاَمَتُهُ Bu babın əlaməti; أَنْ يَكُونَ olmasıdır, MĀZİSİ bu babın keçmişinin, عَلَى سِتَّةِ أَحْرُفٍ altı hərf üzərində olması, بِزِيَادَةِ الْهَمْزَةِ bir hemzə artımı ilə, فِي أَوَّلِهِ bu baba daxil olan sülasi mücərrəd keçmiş felin əvvəlinə, وَ الْوَاوَيْن iki vav hərfi, بَيْنَ الْعَيْنِ وَ اللَّامِ ayn ul-fel ilə lam ul-fel arasına, وَ بِنَاؤُهُ bu babın quruluşu; أَيْضًا əvvəlki ifiâl babı kimidir, لِمُبَالَغَةِ اللَّازِمِ lazımin mübaliğəsi üçün, لِأَنَّهُ يُقَالُ çünki bu baba belə deyilir; جَلَذَ الْإِبِلُ "Dəvələr qaçdı" və إِذَا سَارَتْ سَيْرًا o dəvələr yol aldıqda, سُرْعَةً sürətli olaraq, فِي الْجُمْلَةِ bir az. وَ يُقَالُ və deyilir ki; اِجْلَوَّذَ الْإِبِلُ "Dəvələr çox sürətli qaçdı" və إِذَا سَارَتْ سَيْرًا o dəvələr yol aldıqda, بِزِيَادَةِ سُرْعَةٍ daha sürətli olaraq.
Mətinin Ümumi Mənası; Dörd sülasi məzid südasinin üçüncü babının keçmişi اِفْعَوَّلَ, indiki zamanı يَفْعَوِّلُ və məstəri isə اِفْعِوَّالاً vəzinlərindən gəlir. Bu vəzinlərə uyğun gələn mövzun isə keçmişdə اِجْلَوَّذَ, indiki zamanda يَجْلَوِّذُ və məstərdə isə اِجْلِوَّاذًا şəklindədir. Bu babın əlaməti isə, əvvəl sülasi mücərrəd olan felin başına bir elif və ayn ul-fel ilə lam ul-fel arasına iki vav hərfinin artımı ilə meydana çıxan keçmiş felin altı hərf üzərində olmasıdır. Bu babın quruluşu əvvəlki اِفْعِيعَالْ babı kimi lazımin mübaliğəsi üçündür. Çünki dəvələr qaçanda جَلَذَ الْإِبِلُ deyilir. Bu جَلَذَ feli اِفْعِوَّالاً babına daxil olunca bu dəfə اِجْلَوَّذَ الْإِبِلُ deyilir və dəvələrin sürətlə qaçdığını, yol aldığını bildirir.

جَلَذَ Sülasi Mücərrəd Felinin اِفْعِوَّالْ Babına Daxil Olması
Feyl Lamı Artıq Vav Artıq Vav Feyl Aynı Feyl Fa'sı Artıq Elif
ـلَ وَ ـوْ ـعَـ فْـ اِ
ـذَ وَ ـوْ ـلَـ جْـ اِ
🤖 AI Köməkçi
📜 Söhbət tarixçəsi
📚 › İf’ivval اِفْعِوَّالْ Babı
🎓
Xoş gəldiniz! Sual soruşun!