اَلْبَابُ الثَّانِى؛ اِفْعَوْعَلَ يَفْعَوْعِلُ اِفْعِيعَالاً وَ مَوْزُونُهُ؛ اِعْشَوْشبَ يَعْشَوْشِبُ اِعْشِيشَابًا وَ عَلاَمَتُهُ؛ أَنْ يَكُونَ مَاضِيهِ عَلَى سِتَّةِ أَحْرُفٍ بِزِيَادَةِ الْهَمْزَةِ فِي أَوَّلِهِ وَ حَرْفٍ آخَرَ مِنْ جِنْسٍ عَيْنُ فِعْلِهِ وَ الْوَاوِ بَيْنَ الْعَيْنِ وَ اللَّامِ وَ بِنَاؤُهُ؛ لِمُبَالَغَةِ اللَّازِمِ. لِأَنَّهُ يُقَالُ؛ عَشُبَ الْأَرْضُ إِذَا نَبَتَ فِي وَجْهِ الْأَرْضِ نَبَاتٌ فِي الْجُمْلَةِ. يُقَالُ؛ اِعْشَوْشَبَ الْأَرْضُ إِذَا كَثُرَ نَبَاتُ وَجْهِ الْأَرْضِ
اَلْبَابُ الثَّانِى؛ Dörd dənə olan sülasi məzid südasi babların ikincisinin keçmişi اِفْعَوْعَلَ və indiki zamanı يَفْعَوْعِلُ və məstəri isə اِفْعِيعَالاً vəzinlərindən gəlir, وَ مَوْزُونُهُ bu babın mövzunu keçmişdə اِعْشَوْشبَ və indiki zamanda يَعْشَوْشِبُ və məstərdə isə اِعْشِيشَابًا şəklindədir, وَ عَلاَمَتُهُ bu babın əlaməti; أَنْ يَكُونَ olmasıdır, مَاضِيه bu babın keçmişinin, عَلَى سِتَّةِ أَحْرُفٍ altı hərf üzərində olması, بِزِيَادَةِ الْهَمْزَةِ bir həmzə artımı ilə, فِي أَوَّلِهِ bu baba daxil olan sülasi mücərrəd keçmiş feilinin əvvəlinə, وَ حَرْفٍ آخَرَ və digər bir hərf, مِنْ جِنْسٍ عَيْنُ فِعْلِهِ ayn ul-feil cinsindən olan, وَ الْوَاوِ və vav, بَيْنَ الْعَيْنِ وَ اللَّامِ ayn ul-feil ilə lam ul-feil arasına, وَ بِنَاؤُهُ bu babın quruluşu; لِمُبَالَغَةِ اللَّازِمِ lazımın mübaliğəsi üçündür, لِأَنَّهُ يُقَالُ çünki bu bab üçün deyilmişdir ki; عَشُبَ الْأَرْضُ "Yer yaşıl oldu" və إِذَا نَبَتَ bitki, otlar bitəndə, فِي وَجْهِ الْأَرْضِ yer üzündə, نَبَات bitki olaraq, فِي الْجُمْلَةِ bir hissə. يُقَالُ və deyilmişdir ki; اِعْشَوْشَبَ الْأَرْضُ "Yer yemyaşıl oldu" və إِذَا كَثُرَ نَبَات bitki çox olanda, وَجْهِ الْأَرْضِ yer üzündə, yəni yemyaşıl olanda.
Mətndən Toplu Mənası; 4 dənə olan sülasi məzid südasi babların 2-ci babının keçmişi اِفْعَوْعَلَ və indiki zamanı يَفْعَوْعِلُ və məstəri isə اِفْعِيعَالاً vəzinlərindən gəlir. Bu vəzinlərə uyğun olaraq gələn mövzun isə keçmişdə اِعْشَوْشبَ və indiki zamanda يَعْشَوْشِبُ və məstərdə isə اِعْشِيشَابًا şəklindədir. Bu babın əlaməti isə, daha əvvəl sülasi mücərrəd olan feilinin başına bir elif və ayn ul-feil ilə lam ul-feil arasına ayn ul-feil cinsindən bir hərf ilə bir vav hərfinin artımı ilə ortaya çıxan keçmiş feilinin 6 hərf üzərində olmasıdır. Bu babın quruluşu lazımın mübaliğəsi üçündür. Çünki عَشُبَ الْأَرْضُ deyiləndə عَشُبَ feilinin mənası yer üzündə ot bitdi kimidir. Lakin bu عَشُبَ feili if'iâl babına daxil olanda اِعْشَوْشَبَ الْأَرْضُ olur və اِعْشَوْشَبَ feili yerin yemyaşıl olduğunu ifadə edir.
| عَشُبَ Sülasi Mücərrəd Feilinin اِفْعِيعَالْ Babına Daxil Olması |
| Lâm əl-Fil |
Ayn əl-Fil |
Zaid Vav |
Zaid Ayn |
Fa əl-Fil |
Zaid Elif |
| ـلَ |
عَـ |
ـوْ |
ـعَـ |
فْـ |
اِ |
| ـبَ |
şَـ |
ـوْ |
ـşَـ |
عْـ |
اِ |