اَلْبَابُ الْأَوَّلُ؛ اِسْتَفْعَلَ يَسْتَفْعِلُ اِسْتِفْعَالاً وَ مَوْزُونُهُ؛ اِسْتَخْرَجَ يَسْتَخْرِجُ اِسْتِخْرَاجًا وَ عَلاَمَتُهُ؛ أَنْ يَكُونَ مَاضِيهِ عَلَى سِتَّةِ أَحْرُفٍ بِزِيَادَةِ الْهَمْزَةِ وَ السِّينِ وَ التَّاءِ فِي أَوَّلِهِ. وَ بِنَاؤُهُ؛ لِلتَّعْدِيَّةِ غَالِبًا وَ قَدْ يَكُونُ لاَزِمًا. مِثَالُ الْمُتَعَدَّى، نَحْوُ؛ اِسْتَخْرَجَ زَيْدٌ الْمَالَ وَ مِثَالُ اللَّازِمِ، نَحْوُ؛ اِسْتَحْجَرَ الطِّينُ. وَ قِيلَ لِطَلَبِ الْفِعْلِ، نَحْوُ؛ اَسْتَغْفِرُ اللهَ
اَلْبَابُ الْأَوَّلُ Dörd dənə olan sülasi məzid südasi babların birincisinin keçmişi اِسْتَفْعَلَ və indiki zamanı يَسْتَفْعِلُ və məstəri isə اِسْتِفْعَالاً vəzinlərindən gəlir, وَ مَوْزُونُهُ bu babın mövzunu keçmişdə اِسْتَخْرَجَ və indiki zamanda يَسْتَخْرِجُ və məstərdə isə اِسْتِخْرَاجًا şəklindədir, وَ عَلاَمَتُهُ bu babın əlaməti; أَنْ يَكُونَ olmasıdır, مَاضِيه bu babın keçmişinin, عَلَى سِتَّةِ أَحْرُفٍ altı hərf üzərində olması, بِزِيَادَةِ الْهَمْزَةِ bir həmzə artımı ilə, وَ السِّين və sin hərfi artımı ilə, وَ التَّاءِ və te hərfi artımı ilə, فِي أَوَّلِهِ bu baba daxil olan sülasi mücərrəd keçmiş felin əvvəlinə, وَ بِنَاؤُهُ bu babın quruluşu; لِلتَّعْدِيَّةِ tədiyə "keçişlilik" üçün, غَالِبًا çox vaxt, وَ قَدْ يَكُونُ لاَزِمًا və bəzən lazım üçün də olur, مِثَالُ الْمُتَعَدَّى keçişli felə misal, نَحْوُ belədir; اِسْتَخْرَجَ زَيْدٌ الْمَالَ "Zeyd malı çıxartdı" kimi. وَ مِثَالُ اللَّازِمِ lazım felə misal, نَحْوُ belədir; اِسْتَحْجَرَ الطِّينُ "Palçıq daşlaşdı" kimi. وَ قِيلَ bu bab üçün deyilmişdir ki, لِطَلَبِ الْفِعْلِ bu babdakı felin hadisə tələb üçün, نَحْوُ misalı belədir; اَسْتَغْفِرُ اللهَ "Allahdan bağışlanma istədim, yəni tələb etdim" kimi.
Mətinin Ümumi Mənası; 4 dənə olan sülasi məzid südasi babların 1-ci babının keçmişi اِسْتَفْعَلَ, indiki zamanı يَسْتَفْعِلُ və məstəri isə اِسْتِفْعَالاً vəzinlərindən gəlir. Bu vəzinlərə uyğun gələn mövzun isə keçmişdə اِسْتَخْرَجَ, indiki zamanda يَسْتَخْرِجُ və məstərdə isə اِسْتِخْرَاجًا şəklindədir. Bu babın əlaməti isə, əvvəl sülasi mücərrəd olan felin başına ardıcıl olaraq əlif, sin və te hərfləri artırılması ilə meydana çıxan keçmiş felin 6 hərf üzərində olmasıdır. Bu babın quruluşu çox vaxt tədiyə üçün və bəzən lazım üçün də ola bilər. Müteaddi felə misal اِسْتَخْرَجَ زَيْدٌ الْمَالَ "Zeyd malı çıxartdı" kimidir. Lazım felə misal اِسْتَحْجَرَ الطِّينُ "Palçıq daşlaşdı" kimidir. Bu babdan gələn fel tələb mənası daşıyır deyilmişdir, misal; اَسْتَغْفِرُ اللهَ "Allahdan bağışlanma istədim" kimidir.
| خَرَجَ Sülasi Mücərrəd Felinin اِسْتِفْعَالْ Babına Daxil Olması |
| Lâm əl-Fil |
Ayn əl-Fil |
Fa əl-Fil |
Əlavə Tə |
Əlavə Sin |
Əlavə Elif |
| ـلَ |
ـعَـ |
ـفْـ |
ـتَـ |
سْـ |
اِ |
| ـجَ |
ـرَ |
ـخْـ |
ـتَـ |
سْـ |
اِ |