İf’ilâl اِفْعِلاَلْ Babı
Üçüncü bab; اِفْعَلَّ يَفْعَلُّ اِفْعِلَالًا və onun ölçüsü; اِحْمَرَّ يَحْمَرُّ اِحْمِرَارًا və əlaməti; keçmişinin beş hərfdən ibarət olması, əvvəldə bir həmzə artırılması və axırda felin lam-ul-fili cinsindən bir hərfin əlavə olunmasıdır. Quruluşu; lazım felin mübaliğəsi üçün qurulub, çünki deyilir; حَمِرَ زَيْدٌ – Zeyd bir az qızardı, və deyilir; اِحْمَرَّ زَيْدٌ – Zeyd çox qızardı. Bu bab rənglər və qüsurlar üçün işlədilir. Rənglərə misal; اِحْمَرَّ زَيْدٌ – Zeyd çox qızardı, qüsurlara misal; اِعْوَرَّ زَيْدٌ – Zeyd şaşı oldu.
Üçüncü bab – beş babdan ibarət olan sülasi mezid hümasinin üçüncü babının keçmişi اِفْعَلَّ, müzariyi يَفْعَلُّ və məsdarı isə اِفْعِلَالًا ölçüsündə gəlir. Bu babın ölçüsü keçmişdə اِحْمَرَّ, müzaridə يَحْمَرُّ və məsdarda isə اِحْمِرَارًا şəklindədir. Bu babın əlaməti; keçmişinin beş hərfdən ibarət olmasıdır, əvvəldə bir həmzə artırılması və sülasi mücərrəd felin lam-ul-fili cinsindən olan bir hərfin axırda əlavə olunmasıdır. Bu babın quruluşu; lazım felin mübaliğəsi üçün qurulub. Çünki deyilir: حَمِرَ زَيْدٌ – Zeyd bir az qızardı, və deyilir: اِحْمَرَّ زَيْدٌ – Zeyd çox qızardı. Bu bab rənglər və qüsurlar üçün işlədilir. Rənglərə misal: اِحْمَرَّ زَيْدٌ – Zeyd çox qızardı, qüsurlara misal: اِعْوَرَّ زَيْدٌ – Zeyd şaşı oldu.
Mətnin Ümumi Mənası; Beş babdan ibarət olan sülasi mezid hümasinin üçüncü babının keçmişi اِفْعَلَّ, müzariyi يَفْعَلُّ və məsdarı isə اِفْعِلَالًا ölçüsündə gəlir. Bu ölçülərə uyğun olan fel keçmişdə اِحْمَرَّ, müzaridə يَحْمَرُّ və məsdarda isə اِحْمِرَارًا kimidir. Bu babın əlaməti isə, sülasi mücərrəd felin əvvəlinə bir elif və axırına lam-ul-fili cinsindən bir hərf əlavə olunmaqla beş hərfdən ibarət keçmiş felin yaranmasıdır. Bu babın quruluşu lazım felin mübaliğəsi üçün qurulub. Zeyd bir az qızardıqda حَمِرَ زَيْدٌ deyilir, Zeyd çox qızardıqda isə اِحْمَرَّ زَيْدٌ deyilir.
Bu bab rənglər və qüsurlar üçün işlədilir. Rənglər üçün misal: اِحْمَرَّ زَيْدٌ "Zeyd qıpqırmızı oldu", qüsurlar üçün misal: اِعْوَرَّ زَيْدٌ "Zeyd şaş oldu" kimi.
حَمِرَ Sülasi Mücerred Felinin اِفْعِلاَل Babına Daxil Olması
| Zaid Lam | Lam ul-Fiil | Ayn ul-Fiil | Fa ul-Fiil | Zaid Elif |
|-----------|-------------|-------------|------------|-----------|
| ـلَ | ـلْـ | ـعَـ | فْـ | اِ |
| ـرَ | ـرْ | ـمَـ | حْـ | اِ |