5-ci Bab Fe’ule – Yef’ulu Babı

اَلْبَابُ الْخَامِسُ؛ فَعُلَ يَفْعُلُ، مَوْزُونُهُ؛ حَسُنَ يَحْسُنُ وَ عَلاَمَتُهُ؛ أَنْ يَكُونَ عَيْنُ فِعْلِهِ مَضْمُومًا فِي الْمَاضِى وَ الْمُضَارِعِ. وَ بِنَاؤُهُ؛ لاَ يَكُونُ إِلاَّ لاَزِمًا. نَحْوُ؛ حَسُنَ زَيْدٌ

اَلْبَابُ الْخَامِسُ sülasi mücerred babların 5-cisi; Mazisi فَعُلَ və muzarisi يَفْعُلُ vəznindədir. مَوْزُونُهُ bu babın məvzunu; Mazidə حَسُنَ və muzaridə يَحْسُنُ şəklindədir. وَ عَلاَمَتُهُ bu babın alaməti; أَنْ يَكُونَ olmasıdır, عَيْنُ فِعْلِهِ fiilin ayn əl-fiilinin, مَضْمُومًا madmum yəni dammalı, فِي الْمَاضِى وَ الْمُضَارِعِ mazi və muzari hallarında. وَ بِنَاؤُهُ və bu babın binası; لاَ يَكُونُ olmaz, إِلاَّ لاَزِمًا yalnız lazım fiil olur. نَحْوُ misalı belədir; حَسُنَ زَيْدٌ "Zeyd gözəl oldu" kimidir.
Mətnin Ümumi Mənası; Sülasi mücerredlərin 5-ci babı, mazidə فَعُلَ və muzaridə يَفْعُلُ vəznindən gəlir. Bu babın məvzunu mazidə حَسُنَ və muzaridə يَحْسُنُ kimidir. Bu babın alaməti mazi və muzari fiillərinin hər ikisinin də ayn əl-fiilinin dammalı olmasıdır. Bu babın bina edilməsinə gəldikdə, yalnız lazım fiillər bu babdan gəlir. Bu babdan əsla müteaddi fiillər gəlmir. Eyni zamanda harada mazisinin ayn əl-fiili dammalı bir fiil görsək, bilməliyik ki, muzarisi də ayn əl-fiili dammalıdır. Lazım fiilə misal حَسُنَ زَيْدٌ "Zeyd gözəl oldu" cümləsindəki حَسُنَ fiilidir. Gözəl olmaq Zeydin öz nəfsində baş verdiyi və başqasına keçmədiyi üçün bu حَسُنَ fiili lazım fiildir.

Müteaddi və Lazıma Misal
زَيْدٌ حَسُنَ
Fail Fəil
Zeyd gözəl oldu

زَيْدٌ كَرُمَ
Fail Fəil
Zeyd səxavətli oldu
🤖 AI Köməkçi
📜 Söhbət tarixçəsi
📚 › 5-ci Bab Fe’ule – Yef’ulu Babı
🎓
Xoş gəldiniz! Sual soruşun!