4-cü Bab Fe’ile – Yef’alu Babı

اَلْبَابُ الرَّابِعُ؛ فَعِلَ يَفَعَلُ، مَوْزُونُهُ؛ عَلِمَ يَعْلَمُ وَ عَلاَمَتُهُ؛ أَنْ يَكُونَ عَيْنُ فِعْلِهِ مَكْسُورًا فِي الْمَاضِى وَ مَفْتُوحًا فِي الْغَابِرِ. وَ بِنَاؤُهُ؛ لِلتَّعْدِيَةِ غَالِبًا وَ قَدْ يَكُونُ لاَزِمًا. مِثَالُ الْمُتَعَدِّى، نَحْوُ؛ عَلِمَ زَيْدٌ المَسْئَلَةَ. وَ مِثَالُ اللَّاَزِمِ، نَحْوُ؛ وَجِلَ زَيْدٌ

اَلْبَابُ الرَّابِعُ sülasi mücerred babların 4-cü babıdır; keçmişi فَعِلَ və indiki zamanı يَفَعَلُ vəznində olan fellərdir. مَوْزُونُهُ bu babın vəzninə görə; keçmişdə عَلِمَ və indiki zamanda يَعْلَمُ formasındadır. وَ عَلاَمَتُهُ bu babın əlaməti; أَنْ يَكُونَ olmasıdır, عَيْنُ فِعْلِهِ felin "ayn" hərfinin, مَكْسُورًا kəsrəli, فِي الْمَاضِى keçmişdə. وَ مَفْتُوحًا və fətəli olmasıdır, فِي الْغَابِرِ indiki zamanda. وَ بِنَاؤُهُ; bu babın quruluşu; لِلتَّعْدِيَةِ keçidlik üçündür, غَالِبًا çox vaxt, وَ قَدْ يَكُونُ və bəzən olur, لاَزِمًا lazım (keçidsiz) fellərdə də ola bilər. مِثَالُ الْمُتَعَدِّى bu babdan keçidli gələn feli misal; نَحْوُ belədir; عَلِمَ زَيْدٌ المَسْئَلَةَ "Zeyd məsələni bildi" kimi. وَ مِثَالُ اللَّاَزِمِ bu babdan gələn lazım feli misal; نَحْوُ belədir; وَجِلَ زَيْدٌ "Zeyd qorxdu" kimi.
Mətnin Ümumi Mənası; Sülasi mücerredlərin 4-cü babının keçmişi فَعِلَ və indiki zamanı يَفَعَلُ vəznindədir. Bu babın vəzninə görə keçmişdə عَلِمَ və indiki zamanda يَعْلَمُ formasındadır. Bu babın əlaməti, keçmiş felin "ayn" hərfinin kəsrəli, indiki felin isə fətəli olmasıdır. Bu babın quruluşu çox vaxt keçidlik üçündür, yəni bu babdakı fellərin əksəriyyəti keçidlidir. Amma bəzən keçidsiz fellər də ola bilər. Keçidli feli misal عَلِمَ زَيْدٌ المَسْئَلَةَ "Zeyd məsələni bildi" cümləsindəki عَلِمَ felidir. Bilmək işi məsələyə keçdiyi üçün keçidli fel kimi gəlmişdir. Lazım feli misal وَجِلَ زَيْدٌ "Zeyd qorxdu" cümləsindəki وَجِلَ felidir. Qorxmaq işi yalnız Zeydin özündə baş verdiyi üçün keçidsiz fel kimi gəlmişdir.

Mütəəddiyə Misal
الْمَسْئَلَةَ زَيْدٌ عَلِمَ
Məf'ul Fail Fə'il
Zeyd məsələni bildi

Lazıma Misal
زَيْدٌ وَجِلَ
Fail Fə'il
Zeyd qorxdu
🤖 AI Köməkçi
📜 Söhbət tarixçəsi
📚 › 4-cü Bab Fe’ile – Yef’alu Babı
🎓
Xoş gəldiniz! Sual soruşun!