و الثَّامِنُ؛ لا لِنَفْىِ الجِنْسِ و شَرْطُ عَمَلِهِ أنْ يَكونَ اِسْمُهُ نَكِرَةً مُضَافَةً أوْ مَتَشَبَّهَةً بِهَا غَيْرَ مَفْصُولَةٍ عَنْهَا، نحو: لا غُلَامَ رَجُلٍ جَالِسٌ عِنْدَنَا

و الثَّامِنُ səkkizincisi; Nasb etdiyi mamulu, raf etdiyi mamulundan əvvəl gələn 8 amildən 8-cisi "lâ"dır. Elə lâ ki, لِنَفْىِ الجِنْسِ cinsdən hökmü inkar edir, و شَرْطُ عَمَلِهِ onun, yəni lâ-nın əməl etmə şərti; أنْ يَكونَ olmasıdır, اِسْمُهُ onun, lâ-nın isminin; نَكِرَةً nekirə olması, مُضَافَةً muzaf olan nekirə, أوْ və ya, مَتَشَبَّهَةً بِهَا ona (muzafa) bənzəyən, غَيْرَ مَفْصُولَةٍ ayrılmamış, arası ayrı olmayan, عَنْهَا ondan, yəni lâ-dan. Lâ sözü ilə aralarında fasilə olmayan nekirə isim olmalıdır. Misal; لا غُلَامَ رَجُلٍ جَالِسٌ عِنْدَنَا "Adamın uşağı bizim yanımızda oturucu deyil" kimi.
Mətnin Ümumi Mənası; Nasb etdiyi mamulu, raf etdiyi mamulundan əvvəl gələn 8 amildən 8-cisi "lâ"dır. Bu lâ cinsdən hökmü inkar edir. Bu lâ-nın əməl etmə şərti; isminin nekirə bir muzaf olması və ya isminin muzafa bənzəməsidir və lâ ilə isim arasında fasilə olmamasıdır. Misal; لا غُلَامَ رَجُلٍ جَالِسٌ عِنْدَنَا kimidir. Xülasə: Lâ sözünün əməl edə bilməsi üçün; isminin nekirə olması lazımdır. Bu nekirə isim isə muzaf və ya muzafa bənzəyən bir isim olmalıdır. Və lâ sözü ilə isim arasında heç nə olmamalıdır, yəni lâ sözü ismi ilə bitişik olmalıdır. Cinsdən hökmü inkar edən lâ sözünün əməl edə bilməsi üçün lazım olan nekirə ismin yanında, xəbərinin də nekirə olması lazımdır.
🤖 AI Köməkçi
📜 Söhbət tarixçəsi
📚 › Lə
🎓
Xoş gəldiniz! Sual soruşun!