İllə
و السَّابِعُ İstisna-i munkatıda olan, yəni bir-birindən ayrı olan müstəsna hallarında, 'İlla' edatı lakin mənasında olur və ona xəbər təqdir edilir. Məsələn: جَاءَنِى القَوْمُ إلا حِمَارًا yəni, "Qövm mənə gəldi, amma eşşək gəlmədi".
و السَّابِعُ Yeddincisi, Nasb etdiyi mamulu, raf etdiyi mamulundan əvvəl gələn 8 amildən 7-cisi; إِلا edatıdır. Elə إِلا edatı ki: فى المثْتَسْنَى المنْقَطِعِ, yəni istisna-i munkatı olan müstəsna hallarında istifadə olunur. و هو الذى və o إِلا edatı; لم يُخْرَجْ, mütəaddid (bir neçə) fərddən çıxarılmır, çünki إِلا edatı بِمَعْنَى لَكِنَّ, lakin mənasında olur. فَيُقَدَّرُ ona xəbər təqdir edilir. Misal: جَاءَنِى القَوْمُ إلا حِمَارًا – "Qövm mənə gəldi, amma eşşək gəlmədi". أي yəni, لَكِنَّ حِمَارًا لم يَجِئْ – lakin eşşək gəlmədi. Yəni İlla edatında lakin mənası var.
Mətnin Ümumi Mənası; Nasb etdiyi mamulu, raf etdiyi mamulundan əvvəl gələn 8 amildən 7-cisi "İlla"dır. Elə bir İlla ki; istisna-i munkatı olan İlla’dır. Müstəsna-i munkatı mütəaddid (bir neçə) fərddən çıxarılmır. Çünki İlla, lakin mənasındadır. İlla üçün bir xəbər təqdir edilir. Misal: جَاءَنِى القَوْمُ إلا حِمَارًا kimi. Yəni burada, İlla yerinə lakin qoyub və ona xəbər əlavə edərək eyni İlla mənasını əldə edirik. Buna misal: لَكِنَّ حِمَارًا لم يَجِئْ. Gördüyümüz kimi, İlla yerinə lakin gəldi və ona xəbər təqdir edildi.