Zarf-i Müstəqar
وَ قَدْ يُحْذَفُ الْمُتَعَلَّقُهُ فَإِنْ كَانَ الْمَحْذُوفُ فِعْلاً عَامًّا مُتَضَمَّنًا فِي الْجَارِّ وَ الْمَجْرُورِ يُسَمَّيَانِ ظَرْفًا مُسْتَقَرًّا. نَحْوُ؛ زَيْدٌ فِي الدَّارِ أىْ حَصَلَ
وَ قَدْ يُحْذَفُ bəzən hazf olunur, الْمُتَعَلَّقُهُ onun (car və mecrurun) əlaqə etdiyi, yəni müteallak hazf olunur, فَإِنْ كَانَ əgər olarsa, الْمَحْذُوفُ mahzuf, hazf olunan, فِعْلاً bir fiil, elə fiil ki; عَامًّا ümumi. Bu mahzuf olan ümumi fiil isə مُتَضَمَّنًا tazammun edir, gizlənir, فِي الْجَارِّ وَ الْمَجْرُورِ car və mecrurda. Yəni car və mecrurda gizlənmişsə, يُسَمَّيَانِ o ikisi (car və mecrur) adlandırılır, ظَرْفًا مُسْتَقَرًّا zarf-ı müstəqər kimi. نَحْوُ misalı belədir; زَيْدٌ فِي الدَّارِ “Zeyd evdədir” أىْ yəni, حَصَلَ hasil oldu.
Mətnin Ümumi Mənası; Bəzən müteallak hazf olunur (silinir). Əgər hazf olunan müteallak, car və mecrurda gizlənmiş (mütəzəmmən) olan fiil-i amm (ümumi fiil) olarsa, car və mecrur; Zarf-ı müstəqər adlandırılır. Hazf olunmuş müteallakın mənası car və mecrurda gizlənmişdir.
| الدَّار | فِي | زَيْد |
| mecrur | car | Mübtəda |
| Zarf-ı müstəqər | حَصَلَ fiili ümumi fiillərdəndir |
Mahzuf müteallak حَصَلَ ‘dır. Mənası فى الدار ‘dan başa düşülən حَصَلَ ‘dır. حَصَلَ fiili heç bir zaman zikr edilməmək üzrə hazf olunub. Beləliklə فى الدار car və mecruru zarf-ı müstəqər olub, mübtəda olan زيد kəliməsinin xəbəri olmaq üçün məhəllən mərfu olmuşdur. Müstəqər; Məskunlaşan və ya sabit olunan yer, durulan məkan, qərargah.. Ümumi fiillər; Mövcud olan hər şeyə aid olan fiillərdir; Bunlar: كَائِنٌ ، حَاصِلُ ، مَوْجُودٌ ، ثُبُوتٌ ، اِسْتِقْرَارٌ ، وُقُوعٌ
Qeyd: Car və Mecrur haqqında, qeyd olunan bütün xüsuslar zarf olan kəlimələr üçün də keçərlidir. Bu zarf olan kəlimələr; امام ، مع ، لدى ، عند və s.-dir. Tərkibdə qeyd olunan bir zarf, efal-i ammdən hazf olunmuş bir kəliməyə mütealliq (əlaqə edərsə) olarsa, o zarf “Zarf-ı Müstəqər” olur. Misal; زَيْدٌ مَعَك (Zeyd, səninlə birlikdədir) tərkibindəki مع zarfı, efal-i ammdən hazf olunmuş وُجِدَ fiilinə və ya مَوْجُودٌ ism-i mefuluna mütealliq olan bir Zarf-ı müstəqərdir. Misal; زَيْدٌ اَمَامَ المَسْجِدِ (Zeyd, məscidin önündədir) tərkibindəki امام zarfı, efal-i ammdən hazf olunmuş كَانَ fiilinə və ya كَائِنٌ ism-i failinə mütealliq olan bir Zarf-ı müstəqərdir.