Muzarinin İsm-i Failə Bənzəməsi
Muzari fel, isim-failə üç cəhətdən – ləfzən, mənən və istifadə baxımından – oxşarlıq göstərir. Feller arasında yalnız muzari felin isim-failə oxşar irabdan payı vardır. Digər feller məbnidir, irab edilə bilməz. Muzari felin əvvəlinə heç bir amil gəlmədikdə, mənəvi amildən dolayı dammə ilə tələffüz olunur. Əgər əvvəlinə dörd nasb edici ədatdan biri gələrsə, fəthə ilə tələffüz olunur. Əgər əvvəlinə on beş cəzm edici ədatdan biri gələrsə, məczum tələffüz olunur. Muzari fel heç vaxt kəsrə ilə tələffüz edilə bilməz.
Muzari fel ləfzən isim-failə hərəkə sırasına görə oxşardır. Mənən, isim-fail ilə eyni şeyi ifadə edir. İstifadə baxımından da isim-fail əvəzinə muzari fel işlədilə bilər. İndi bu dərsləri ardıcıl olaraq öyrənək...