İsimlərdə İrabı Tələb edən Şey

وَ هُوَ فِي الْأَسْمَاءِ تَوَارُدُ الْمَعَانِي الْمُخْتَلِفَةِ عَلَيْهَا. فَإِنَّهَا أُمُورٌ خَفِيَّةٌ تَسْتَدْعِى عَلاَئِمَ ظَاهِرَةً لِتُعْرَفَ. مَثَلاً إِذْ قُلْنَا ضَرَبَ زَيْدٌ غُلَامَ عَمْرٍو فَضَرَبَ أَوْجَبَ كَوْنَ آخِرِ زَيْدٍ مَضْمُومًا وَ آخِرِ غُلاَمٍ مَفْتُوحًا بِوَاسِطَةِ وُرُودِ الْفَاعِلِيَّةِ عَلَى زَيْدٍ وَ الْمَفْعُولِيَّةِ عَلَى غُلاَمٍ، بِسَبَبِ تَعَلُّقِ ضَرَبَ بِهِمَا. وَ أَوْجَبَ غُلاَمٌ أَيْضًا كَوْنَ آخِرِ عَمْرٍو مَكْسُورًا بِوَاسِطَةِ وُرُودِ الْإِضَافَةِ عَلَيْهِ اَىْ كَوْنِهِ مَنْسُوبًا إِلَيْهِ لِغُلاَمٍ. فَالْعَامِلُ يُحَصِّلُ الْمَعَانِيَ الْخَفِيَّةَ فِي الْأَسْمَاءِ وَ هِيَ تَقْتَضِى نَصْبَ عَلاَئِمَ هِيَ الْإِعْرَابِ

وَ هُوَ və o irabı tələb edən şey, فِي الْأَسْمَاءِ isimlərdə irabı tələb edən şey; تَوَارُد ardıcıl gəlməsidir, الْمَعَانِي mənaların "failik, mefulluq, izafət kimi", الْمُخْتَلِفَة müxtəlif, عَلَيْهَا onun, yəni ismin üzərinə. فَإِنَّهَا şübhəsiz ki, o müxtəlif mənalar, أُمُورٌ işlərdir, خَفِيَّةٌ gizli, تَسْتَدْعِى tələb edir, عَلاَئِمَ əlamətləri, ظَاهِرَةً aşkar olan, لِتُعْرَفَ tanınması üçün. مَثَلاً misal olaraq, إِذْ قُلْنَا dediyimizdə,ضَرَبَ زَيْدٌ غُلَامَ عَمْرٍو "Zeyd Əmrinin uşağını döydü" dediyimizdə, فَ bu misala əsasən, ضَرَبَ fel, أَوْجَبَ tələb etdi, كَوْنَ آخِرِ زَيْدٍ Zeyd sözünün sonunun, مَضْمُومًا dammalı olmasını زَيْدٌ kimiوَ آخِرِ غُلاَم və غُلاَم sözünün sonunun, مَفْتُوحًا fətəli olmasını, غُلاَمَkimi. بِوَاسِطَةِ vasitəsilə, وُرُودِ الْفَاعِلِيَّةِ failliyin gəlməsi ilə, عَلَى زَيْدٍ Zeyd sözünün üzərinə, وَ الْمَفْعُولِيَّةِ və mefulluğun gəlməsi ilə, عَلَى غُلاَمٍ gulam "uşaq" sözünün üzərinə, بِسَبَبِ səbəbi ilə, تَعَلُّقِ ضَرَبَ darabe "vurdu" felinin təsiri ilə, بِهِمَا o ikisinə, yəni Zeyd və Gulam sözlərinə. وَ أَوْجَبَ غُلاَمٌ v

e gulam sözünü də tələb edir, أَيْضًا darabe felində olduğu kimi, كَوْنَ آخِرِ عَمْرٍو Amr sözünün axırının, مَكْسُورًا kəsrəli olmasını, بِوَاسِطَةِ vasitəsilə, وُرُودِ الْإِضَافَةِ عَلَيْهِ Amr sözünün üzərinə izafət gəlməsi ilə, “Amr sözü muzafun ileyhtir”, اَىْ yəni bu izafət, كَوْنِهِ onun, yəni Amr sözünün olmasıdır, مَنْسُوبًا إِلَيْهِ mensubun ileyh, yəni ona nisbət edilən olmasıdır, لِغُلاَمٍ gulam sözünün. فَالْعَامِلُ burada misalda göstərildiyi kimi amil: يُحَصِّلُ meydana gətirir, الْمَعَانِيَ الْخَفِيَّةَ gizli mənaları, فِي الْأَسْمَاءِ isimlərdə, وَ هِيَ تَقْتَضِى və o isimlərdəki gizli mənaları meydana gətirmək tələb edir, iktiza edir; نَصْبَ عَلاَئِمَ bir sıra alamətlərin qoyulmasını, yəni alamət olmasını, هِيَ الْإِعْرَابِ məhz o alamətlər irabdır. Metnin Toplu Mənası: İsimlərdə irabı tələb edən şey, ismin üzərinə müxtəlif mənaların gəlməsidir. Bu müxtəlif mənalar gizli işlərdir və onların bilinməsi üçün müəyyən alamətlər lazımdır. Misal: ضَرَبَ زَيْدٌ غُلَامَ عَمْرٍو tərkibində ضَرَب fiili amildir və qarşısında olan زَيْد sözünün axırının damməli olmasını və غُلاَم sözünün fətəli olmasını tələb edir. Bu tələb, زَيْد sözünün üzərinə failik və غُلاَم sözünün üzərinə mefulluq gəlməsi səbəbindəndir. Çünki ضَرَب fiili زَيْد və غُلاَم sözlərinə aid olur. Eyni şəkildə غُلاَم sözü isə عَمْرْو sözünü, عَمْرْو sözünün üzərinə izafət gəldiyinə görə kəsrələyir. Yəni عَمْرْو sözü غُلاَم sözünə mensubun ileyh olmuşdur. Beləliklə amil, isimlərdə bir sıra gizli mənaların meydana gəlməsini təmin edir və üzərindəki gizli mənalar olan isimlər isə özündə bir sıra alamətlərin nasb (qoyulması, verilməsi) ilə ortaya çıxır. Bu əməliyyatın özü, bu alamətlər irabdır.
🤖 AI Köməkçi
📜 Söhbət tarixçəsi
📚 › İsimlərdə İrabı Tələb edən Şey
🎓
Xoş gəldiniz! Sual soruşun!