Amilin Tərifi
ثُمَّ الْعَامِلُ هُوَ مَا أَوْجَبَ بِوَاسِطَةٍ كَوْنَ آخِرِ الْكَلِمَةِ عَلَى وَجْهٍ مَخْصُوصٍ مِنَ الْإِعْرَابِ. وَ الْمُرَادُ بِالْوَاسِطَةِ مُقْتَضِى الْإِعْرَابِ
ثُمَّ الْعَامِلُ sonra amil, هُوَ مَا o elə bir şeydir ki, أَوْجَبَ tələb edir, بِوَاسِطَةٍ vasitəsilə, كَوْنَ آخِرِ الْكَلِمَةِ sözün sonunun (son hərəkəsinin və ya hərfinin) olmasını, عَلَى üzərində, وَجْهٍ مَخْصُوص xüsusi bir vəziyyətdə, مِنَ الْإِعْرَابِ i'rabdan. وَ الْمُرَادُ بِالْوَاسِطَةِ bu vasitədən məqsəd isə, مُقْتَضِى الْإِعْرَابِ i'rabı tələb edən (gərəkli edən) şeydir. Əslində bu da amildir.
Mətnin Ümumi Mənası: Amil, sözün sonunu i'rabdan xüsusi bir vəziyyətdə olmasını bir vasitə ilə tələb edir. Bu vasitə isə i'rabı tələb edən şeydir.
İ'rab olması üçün əvvəlcə bir amil və o amildən ləfzi və mənəvi olaraq təsirlənən bir mamul olmalıdır. Bu mamul isə amilinin təsiri ilə bir sıra dəyişikliklərə məruz qalır. Bu dəyişikliklər ləfzi, təqdiri və ya məhalli adlanır. Müəllifin əvvəl dediyi kimi, fellərin hamısı amildir, hətta ən güclü amildir. İsimlərin bəzisi amildir, bəzisi isə amil deyil. Hərflərdən isə hərf-i cər amildir. Bunlar İzhār kitabının xülasəsi mahiyyətindədir. Hərflərin i'rabı olmaz, isimlərin i'rabı isə növbəti dərsdə izah ediləcəyi kimi fail, məful və muzaf üzrə qiymətləndirilir. Fellərdə isə ism-i fail ilə muzari feli arasındakı oxşarlığı və daha sonra muzari felin aldığı bəzi ədatlarla necə i'rabdan hal aldığını görəcəyik. Bilməli olduğumuz ən qısa formul budur: Amil bir təsirdir və təsir etdiyi şeyə mamul deyilir. Amilin təsir etdiyi mamulda ortaya çıxan hallar isə i'rabdır.