1. FİİL
اَلْأَوَّلُ فِعْلٌ؛ وَ هُوَ مَا دَلَّ بِهَيْئَتِهِ وَضْعًا عَلَى اَحَدِ الْأَزْمِنَةِ الثَّلاَثَةِ. وَ مِنْ خَوَاصِّهِ دُخُولُ عَلَيْهِ قَدْ وَ السِّينِ وَ سَوْفَ وَ إِنْ وَ لَمْ وَ لَمَّا وَ لاَمِ الْأَمْرِ وَ لاَءِ النَّهْىِ وَ كُلُّهُ عَامِلٌ عَلَى مَا سَيَجِيئُ
اَلْأَوَّلُ sözünün birinci hissəsi felldir, وَ هُوَ مَا o fel ki, دَلّ göstərir, بِهَيْئَتِهِ öz quruluşu ilə, وَضْعًا qoyulmuş quruluşu ilə, عَلَى üzərinə, اَحَدِ الْأَزْمِنَةِ الثَّلاَثَةِ üç zamandan (keçmiş, indiki və gələcək) birinə, وَ مِنْ خَوَاصِّه və onun (felin) xüsusiyyətlərindəndir, دُخُولُ daxil olması, عَلَيْهِ o felin üzərinə, قَدْ hərfi, وَ السِّين və sin "muzari felin önünə gəlir və onu yaxın gələcəyə aid edir" hərfi, وَ سَوْفَ və sevfe "muzari felin önünə gəlir və onu uzaq gələcəyə aid edir" edatı, وَ إِنْ və in-i şartiyye, وَ لَمْ və cehd-i mutlaq edatı lem "muzari felin başına gəlir və onu keçmiş zamana mənfi olaraq yönəldir", وَ لَمَّا və cehd-i mustağrak edatı lemma "muzari felin başına gəlir və onu keçmiş zamana mənfi olaraq yönəldir", وَ لاَمِ الْأَمْر və əmrin lamı, وَ لاَءِ النَّهْىِ və qadağan lə'si, وَ كُلُّهُ felin hamısı, عَامِلٌ amildir, təsiredicidir, عَلَى مَا سَيَجِيئُ yaxın zamanda gələcək və izah olunacağı kimi, irəlidə izah olunacaqdır.
Mətnin Ümumi Mənası: Fəl, quruluşu ilə üç zamandan (keçmiş, indiki və gələcək) birinə məna verən sözdür. قَدْ və سَ və سَوْفَ və إِنْ və لَمْ və لَمَّا və لاَمُ الْأَمْرِ və لاَءُ النَّهْىِ edatlarının felin başına daxil olması felin xüsusiyyətlərindəndir. Fəllərin hamısı amildir və növbəti dərslərdə izah olunacaqdır.
| Fəllərin Başına Daxil Olan Edatlar |
| Kömək edə bilər | قَدْ نَصَرَ |
| Yaxın zamanda kömək edəcək | سَيَنْصُرُ |
| Gələcəkdə kömək edəcək | سَوْفَ يَنْصُرُ |
| Əgər kömək edərsə | إِنْ يَنْصُرْ |
| Kömək etmədi | لَمْ يَنْصُرْ |
| Hələ kömək etməyib | لَمَّا يَنْصُرْ |
| Kömək etsin | لِيَنْصُرْ |
| Kömək etməsin | لاَ يَنْصُرْ |
Buradakı edatlar gələcəkdə müxtəlif mövzularda istifadə olunacaq. Bu edatların hamısı ləfzi əməl edir. Unutmayaq ki, ən güclü amil fel olur.