Adil
فَالْعَدْلُ؛ خُرُوجُهُ عَنْ صِيغَتِهِ الْأَصْلِيَّةِ تَحْقِيقًا كَـثُلَثَ وَ مَثْلَثَ وَ أُخَرَ وَ جُمَعَ أَوْ تَقْدِيرًا كَـعُمَرَ وَ زُفَرَ وَ بَابِ قَطَامَ فِي بَنِي تَمِيمٍ
فَالْعَدْلُ Adil; Mə'dul mənasında bir məsdər olub ismin döndərilməsi mənasındadır. خُرُوجُهُ onun (ismin) çıxmasıdır; عَنْ صِيغَتِهِ الْأَصْلِيَّةِ əsas (əsli) şəkilçisindən; Bu səbəb (Adil) Ərəbcədə bəzi isimlərin qeyri-münsərif olub, buna baxmayaraq iki səbəbin olmamasından yaranmışdır. Çünki ثُلَثُ، مَثْلَثُ، اَخَرُ، عُمَرُ، جُمَعُ kimi isimlər qeyri-münsərif olsalar da, bəzilərində yalnız sifətlik, bəzilərində isə xüsusi isimlik (alimlik) mövcuddur. Halbuki qeyd olunan qaydalara görə, alimlik və sifətlik iki səbəb yerinə keçə bilməyən səbəblərdəndir, buna görə də bu kimi isimlərdə ikinci bir səbəb axtarmağa ehtiyac duyulmuşdur. Alimlər bu kimi isimləri araşdırmış və çoxunda ortaq bir nöqtə tapmışlar. Bu da həmin isimlərin bəzilərinin hansısa bir şeydən döndərilmiş olmasıdır. Məsələn, ثُلَثُ sözündə ثَلَثَةً ثَلَثَةً (üç-üç) mənasının olması kimi. Bu halda ثُلَثُ kimi sözlərin mənaca bir əsldən döndüyü başa düşülür. Məhz bu kimi adillərə adli təhqiqi deyilir. Amma adilin digər bir növü olan عُمَرُ kimi sözlərdə isə hər hansı bir şeydən döndüyü müəyyən edilməyib, təqdirən bir şeydən döndüyü qəbul olunub. Məsələn, عُمَرُ sözünün عَامِرٌ sözündən təqdir edildiyi kimi. Bu növə adli təqdiri deyilir. Adil, ismin əsas şəkilçisindən necə çıxmasıdır; تَحْقِيقًا yəni həqiqi bir çıxışla. Məsələn; كَـثُلَثَ, yəni ثُلَثَ və مَثْلَثَ sözləri kimi. Hər iki sözün mənası "üç-üç" deməkdir və ثَلَثَةً ثَلَثَةً sözündən dönüb. وَ أُخَرَ sözü آخَرَ (digər) sözünün müənnəsi olan أُخْرَى (digər) sözünün cəmidir. Bu söz ismi təfdildir, sonradan غَيْرُ mənasına keçmişdir. İsm-i təfdillər əlif-lam, izafə və ya مِنْ ilə işlədilir. Bu söz bunlardan heç biri ilə işlədilmədikdə, bu sözün bu üç (əlif-lam, izafə və مِنْ) istifadədən birindən döndüyü başa düşülür və adil baş verir. وَ جُمَعَ sözü isə أَجْمَعَ sözünün müənnəsi olan جَمْعَاءَ sözünün cəmidir. بُتَعُ, كُتَعُ və بُصَعُ sözləri də جُمَعَ kimidir. أَفْعَلَ vəzninin müənnəsi olan فَعْلاَءَ vəznində gələn sözlər sifət kimi işlədilirsə, فُعْلٌ şəklində cəmlənməlidir. Sifət olan حَمْرَاءَ sözünün حُمْرٌ şəklində cəmlənməsi kimi. Əgər فَعْلاَءَ vəznində gələn sözlər isim kimi işlədilirsə, فَعَالَى və ya فَعْلاَوَاتٌ şəklində cəmlənir. صَحْرَاءَ sözünün صَحَارَى və ya صَحْرَاوَاتٌ şəklində cəmlənməsi kimi. Buna görə جُمَعُ sözünün cəminin جُمْعٌ, جَمَاعَى və ya جَمْعَاوَاتٌ şəklində gəlməməsi, جُمَعُ sözünün bu üç vəzindən birindən döndüyünü göstərir və adil baş verir. أَوْ və ya (ismin əsas şəkilçisindən necə çıxmasıdır); تَقْدِيرًا təqdirən çıxmasıdır. Çünki əslində ondan döndüyü iddia olunan söz, həmin sözün əsli deyil. Məsələn; كَـعُمَرَ, yəni عُمَرَ sözü kimi. Yəni عُمَرَ sözünün عَامِرٌ sözündən (döndərilməsi) təqdir edildiyi kimi. وَ زُفَرَ və eyni şəkildə زُفَرَ sözü kimi. Yəni زُفَرَ sözünün زَافِرٌ sözündən dönmüş ola biləcəyi qəbul edildiyi kimi. وَ بَابِ قَطَامَ və قَطَامَ babı kimi; قَطَامَ babından məqsəd sonda راء (ra) olmayan müənnəs isimlərin فَعَالِ vəznində olan alimləridir. قَطَامَ sözünün قَاتِمَةٌ sözündən döndərildiyi, فِي بَنِي تَمِيمٍ Bəni Təmim qəbiləsinin lüğətinə görə qəbul olunub. فَعَالِ vəznində olub, خَضَارِ kimi sonda راء (ra) olan sözlər məbnidirlər.
Mətnin Ümumi Mənası; Qeyri-münsəriflərin birincisi Adildir. Adil; Bir ismin həqiqətən əsas şəkilçisindən çıxmasıdır. Yəni mə'dul (dönmüş) olmasıdır. Məsələn; مُثْلَثُ və ثُلَثُ kimi, أُخَرُ və جُمَعَ kimi. Yaxud ismin əsas şəkilçisindən çıxışı təqdirən olar; Yəni biz təqdir edirik. Çünki ondan döndüyü deyilən söz, dönmüş olan sözün əsli deyil. Təqdir olunur. Ən yaxın ehtimal budur və ona təqdir gətiririk. Təqdiri adilə misal; عُمَرُ və زُفَرُ və قَطَامِ babı, yəni فَعَالِ babı. Bu babdan gələn sözlər bilin ki, təqdirən mə'dul olmuşlar. Əslləri fərqli ola bilər. Bu فَعَالِ babının qeyri-münsərif olması Bəni Təmim lüğətinə görədir.